Keyt sadist babası Sola və onun zaman səyyahlarından ibarət bandasına tarixi yenidən yazmağa imkan verməməkdən ötrü XRONOS açarlarına onlar kiristlərin əlinə düşməzdən əvvəl sahib olmağa çalışır. Buna görə də o, düşmənlərindən zirək tərpənməlidir. Əgər Keyt zamanda geriyə getsə və yanlış açarı, yəni kiristləri Keytin planlarından duyuq sala biləcək açarı götürsə, onda onun planı bütünlüklə alt-üst olar və milyonlarla günahsız insanın gələcəyini təhlükə altına salar. Keytin yeganə müttəfiqi zamanda səyahət etməyə imkan verən genin sahibi Kirnandır. Lakin onların arasında gündən-günə möhkəmlənən əlaqə Keytin Treylə münasibətlərini yenidən qurmasına mane ola bilər. Çünki Trey Keytin unuda bilmədiyi həmin o münasibətləri xatırlamır.
Solun qarmaqarışıq şüurunun yaratdığı vəziyyətin sübutu olaraq Keytin missiyası daha da mürəkkəbləşir və o, xeyirlə şər arasındakı sərhədi müəyyən etməkdə çətinlik çəkir. Görəsən, Keyt və Kirnan öz ümdə məqsədlərini, ya da öz həyatlarını təhlükəyə atmadan Solun keçmişdə qurban verməyi planlaşdırdığı insanlardan hansılarını xilas edə biləcəklər?
Məhsulun kodu:9789952513905
Janr:
Fantastika
Nəşriyyat:
YAY
Cild:
Yumşaq
Müəllif:
Risa Uolker
Səhifə sayı:
484
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
502
şərhlər1
Fantastik kitablar oxumağı sevirəm, amma bu kitab mənə ən çox təsir edənlərdən oldu. Əfsanəvi bir əsər.
şərhlər1