Əsər Pol Eskomin dili ilə nəql edilir. Öz cavanlıq illərini xatırlayan Pol haçansa ölüm hökmünün icrasını gözləyən məhkumlar üçün nəzərdə tutulmuş həbsxananın «E» blokunun sabiq baş nəzarətçisi olmuşdur. Onun «qəyyumları» arasında Con adlı nəhəng, safqəlbli bir zənci də var idi. O, iki kiçik qız uşağının qəddarcasına qətlində günahlandırılırdı. Sonradan məlum olur ki, Con bu cinayətdə günahkar deyil. O, sadəcə olaraq, uşaqları xilas etmək istərkən polislər tərəfindən yaxalanmışdır.
«Yaşıl Mil» romanını Stiven Kinq 1996-cı ildə yazmışdı. Kitab ilk nəşrindən sonra «Yaxşı roman» nominasiyasında Brem Stoker mükafatına layiq görülmüşdür. 1999-cu ildə isə bu roman çox uğurla ekranlaşdırılmışdır. «Yaşıl Mil» romanı Kinqin ən yaxşı əsərlərindən sayılır. Çox emosional, mürəkkəb süjet xəttinə və əlvan dekorasiyalara malik olan bu romanda təkcə mistik deyil, eyni zamanda fəlsəfi suallar da öz həllini tapır.
Məhsulun kodu:2000053307963
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Stiven Kinq
Səhifə sayı:
584
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər8
Fantastik əsər oxumaq istəyən hər kəsə tövsiyə edirəm. Mükəmməl romandır.
Fantastik əsərlərə maraq duyan hər kəsin oxuması lazımdır. Bu kitabı oxuyarkən dünyanın qəhrəmanı olduğumu hiss etdim.
Kralın kitabları çox vaxt qeyri-adi və yaddaqalan personajlarla doludur.
Stiven Kinq kinoskript kimi qəhrəmanlar və hekayələr yaradan usta yazıçıdır. Onun əsərləri tez-tez filmlərə uyğunlaşdırılır.
şərhlər8