“Vida rəngləri” – sonu xoşbəxtliklə bitən münasibətlər və
uğursuzluğa düçar olan sevgilər, güvən və xəyanət, həyatımız
boyu bizə əzab verən xatirələr, həmişə doğru bildiklərimizin
yanlışa, yanlış bildiklərimizin doğruya çevrildiyi anlardan bəhs
edən hekayələr toplusudur. Bu hekayələrdə həyatın müxtəlif
mərhələlərini yaşayan insanlar, onların ümidləri və əlacsızlıqları
əks olunub. “Sev və istədiyini et”, – bəlkə də, xoşbəxtliyin
sirri deyil, ancaq ümidsizliyə qapılmamaq üçün kifayət qədər
yaxşı təsəllidir.
Related products
Similar products
Same category
comments19