33 yaşında tamamladığı "Emma" romanını Ceyn Ostin özünün ən sevimli əsəri olaraq qiymətləndirir.
Əyalət qəsəbəsində üç gənc qızın "əsl sevgi" axtarışından bəhs edən roman,
bir tərəfdən insan təbiətinin zəifliklərini, digər tərəfdən isə 19-cu əsr ingilis cəmiyyətinin sərt və
ikiüzlü ənənələrini ələ salır.
Romandakı hadisələr varlı mülkədar Vudhausun Emma adlı qızının ətrafında cərəyan edir.
Bu hekayətin kifayət qədər tipik olmayan qəhrəmanı kasıb deyil, onun hər şeyi var – yaxşı evi,
sevən atası, var-dövləti, – yalnız əri yoxdur.
O, ümumiyyətlə, öz həyatından tam razıdır, buna görə də kiməsə vurulmaq, ərə getmək arzusu yoxdur.
Əvəzində onu əhatə edən insanların romantik hekayətlərinə qarışmağı daha çox sevir.
Amma bu dəfə onun planları alt-üst olmağa məhkumdur...
Related products
Similar products
Same category
comments16