Mehmed Solakzadənin yazdığı, akademik Ziya Bünyadovun dilimizə və tarix elmimizə qazandırdığı “Tarix” kitabı Səfəvi xanədanını, qızılbaşları, Şah İsmayılı və onun tərəfdarlarını fərqli tərəfdən oxucuya tanıdır. Bu kitabda İran mənbələrinə əsaslanan və Səfəvi dövlətini, həmçinin qızılbaşları ucaldan mənbələrdə daim şanına təriflər deyilən Şah İsmayıla və qızılbaşlara qarşı müəllifin bir qədər qəzəbli və qərəzli münasibəti başa düşüləndir. Ömrünü Osmanlı sarayında keçirən Mehmed Solakzadə hadisələrə Osmanlı saray adamlarının prizmasından baxdığı üçün Şah İsmayılı lənətlə yad etməkdən çəkinmir.
Məhsulun kodu:9789952386196
Janr:
Tarix
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Solakzade Mehmed
Səhifə sayı:
144
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər3
Bir dəfə Lənkəran rayonuna kitab zakaz vermişdim, bu saytdan. Üç gün sonra götürmüşdüm sifarişimi. Bu dəfə də Lerik rayonuna qardaşım üçün kitab zakaz vermişdim. Dörd günə çatdırdılar. Nəzərə alsaq yol uzundur. Amma tez çatdırırlar. Sağ olsunlar.
Əla tarixi araşdirmadır. Heç yerdə eşitmədiyim tarixi hadisələri oxudum bu kitabdan.
Solakzade Mehmed Şah İsmayıl haqqında bilmədiyim bir çox tarixi faktları açiqlayıb "Tarix" kitabında. Tarix araşdıranlar üçün maraqlı məlumat məmbəsidir.
şərhlər3