İki min ildən artıq bir müddətdə Sun Tzunun “Hərb sənəti” liderlərə döyüş taktikası və idarəetmə strategiyaları haqqında tövsiyələr verib. Bu kitab Çin mədəniyyətinin üzvi hissəsi olmaqla bərabər, həm də Qərbin həm hərbi işlərdə, həm biznesdə, həm də adi insan münasibətlərində yaşayış uğrunda mübarizəsinin və uğurlarının məhək daşı rolunu oynayıb.
Qədim dünyanın müharibə texnikasına, hiyləgərliklərinə və texnologiyalarına istinad etməklə əsər məhz öz zamanının məhsuludur. Lakin onun çox yeri müasir ssenarilərə də yaxşı uyğun gəlir və bu, indiki zamanda belə onun niyə populyar klassik oxu kimi qəbul olunmasını göstərən səbəbdir. Əslində bu günkü oxucu bu kitabdakıları məhz müharibə şəraiti üçün deyil, daha çox biznes və siyasət kontekstində tətbiq edir.
Məhsulun kodu:2000923375917
Janr:
Tarix
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Sun Tzu
Səhifə sayı:
88
Dil:
Azərbaycan
Seriya:
Mini Klassika
Метка:
Ekspress
şərhlər2
Salam Savaş Sənəti 250 sehifelikdir deye bilirem
Burda hansina baxiram hamisi 80 və ya 90 sehifedir
250 sehifelik varmi sizde?
Dükanın cavabı: Salam. "Hərb sənəti" əsəri bütün dillərdə 80-90 səhifəlik həcmdədir. Əsərin həcmi kiçikdir. Kitablarda tam versiyadır, ixtisarla deyil.
şərhlər2