Kitab dövləti idarə etmək haqqındadır. Müəllifin Səlcuq sultanının vəziri olması onu da daha da qiymətli edir. Əsəri XI əsrin tarixi-ədəbi hadisəsi sayırlar. Öz dövrünün dövlət quruluşu, hərbi sistemi, vergi qaydaları, dini təriqətləri və üsyanları haqqında əvəzsiz mənbədir. Eyni zamanda, əsrlərə meydan oxuyan unikal ibrətamiz hekayələri ilə maraq doğurur. Siyasi traktat janrına aid edilən “Siyasətnamə” 19-cu əsrdən başlayaraq dünya tədqiqatçılarının diqqətini cəlb etdi və bir çox aparıcı dillərə tərcümə olundu. Alim və tarixçilər orta əsrlərin tarixinin, dövlət quruluşunun, həmçinin ictimai-fəlsəfi fikrinin öyrənilməsində bu əsərin əhəmiyyətini dönə-dönə qeyd ediblər.
Məhsulun kodu:9789952380835
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk
Səhifə sayı:
352
Dil:
Azərbaycan
Seriya:
Dan Ulduzu
Метка:
Ekspress
şərhlər1
Sag olun ki bele deyerli kitabları unudulmağa qoymursunuz. Yenidən çap edirsiniz gənc nəsl oxucular üçün də əl çatan olur.
şərhlər1