Fyodor Dostoyevskinin "Şeytanlar" əsəri dahi rus ədibinin beş böyük romanından biridir. Sürgün həyatından sonra – digər məşhur romanı “İdiot”un ardınca qələmə alınıb. Lakin mövzu və ideyasına görə əvvəlki romandan kəskin fərqlənir. Hətta onun əksinə gedir. Burada aparıcı qüvvə gözəllik və xeyirxahlıq deyil, çirkinlik və pislikdir. Ən dəhşətlisi, bu qüvvə dünyanı məhvə sürükləyir.
1789-cu il böyük Fransız inqilabı elə ilk gündən dünyanın bütün cəmiyyətlərinə təsir etdi. Bu inqilab həm də başqa inqilabi keyfiyyətlərin mənbəyi oldu. Bəşəriyyətin şüurunda xoşbəxt gələcəyin intellektual proseslərini başlatdı və müxtəlif mübarizələrə səbəb oldu. Rusiyada sosializm, nihilizm və narodnizm burada həmişə qidalanırdı. Dostoyevski “Şeytanlar” əsərində insanların bu düşüncə fırtınasının necə qovulduğunu, inqilabi iradə nümayiş etdirdiyini təsvir edir. Bu roman siyasi romanın ilk nümunələrindən biridir.
comments10