IV əsrdən müasir dövrədək Qubada baş verən etno-siyasi, tarixi, ideoloji, diplomatik hadisələr və regionun taleyindən keçən ədəbi-bədii, mədəni proseslər zaman axarı ilə, xronoloji ardıcıllıqla izlənilmişdir. Quba istilahının etimologiyasından başlamış Qubada və onun kəndlərində yaşayan əhalinin etnik tərkibi, Azərbaycanın bir parçası kimi əsrlərlə onun yaşadığı çətinlikləri bölüşərək müxtəlif sınaqlardan çıxmağı bacaran insanların yaşam tərzi, fədakarlığı, təsərrüfat və mədəni həyatının təsvirinə qədər çoxsaylı məsələlər əks olunmuşdur. Qədim və orta əsrlər dövrü, zamanın gətirdiyi xanlıqlar mərhələsi, bir-birini əvəz edən sonrakı dövrlər, xüsusilə yeni müstəqillik dövrü faktlar və sənədlərlə təsvir edilmişdir.
Related products
Similar products
Same category
comments0
comments