Kəmalüddövlə məktubları — Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığı bədii–fəlsəfi traktat. Bu əsər Axundovun yazdığı ən mühüm tənqid tipli publistik işi sayılır. Hind şahzadəsi Kəmalüddövlə ilə fars şəhzdəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Burada yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, “Kəmalüddövlə məktubları” bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir.
Related products
Similar products
Same category
comments0
comments