Meditasiya Mark Avrelinin eramızın II əsrinin 70-ci illərində Dunay ətrafındakı müharibə zamanı yunan dilində qələmə aldığı aforistik fikirlər toplusudur. Əsər antik dövrün axırlarında böyük şöhrətə malik olub, XVI əsrdə isə Avropa filosofları arasında yeni intibahını yaşayıb. Bu şəxsi qeydlər dünya duyumunda stoiklərin təliminə inadla sadiq qalmağa çalışan, bu görüşləri inkişaf etdirərək, insanda ruhun deyil, şüurun aparıcı rolunu etiraf edən imperatorun mahiyyətini açır. Mark Avreli şüuru Bütövün təbiətinə uyğunlaşdırmaqla ehtirassızlığa, soyuqqanlılığa nail olmağın mümkünlüyünə inanırdı.
Məhsulun kodu:2000923377416
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mark Avreli
Səhifə sayı:
192
Dil:
Azərbaycan
Seriya:
Dünyanı dəyişən dahilər
Метка:
Ekspress
şərhlər4
Mən günümün iki saatını sırf fəlsəfə oxumağa ayırıram. Hər ayda mağazanızdan yeni fəlsəfə kitabı sifariş verirəm. Zəngin bilgi sahibi olaq üçün fəlsəfə oxumaq vacibdir!
Oxumağa dəyər!
Kitabın ən gözəl tərəfi, müəllifin kompleks mövzuları sadə bir dildə izah etməsidir. Bu da, fəlsəfə oxumağa yeni başlayanlar üçün də anlaşılan olur.. Mənim üçün bu kitabı oxumaq faydalı oldu.
Dahilərdən oxumağın hər zaman faydası olub. Bu kitabıda bəyəndim.
şərhlər4