Dəli Kür- böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir.
Hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətlə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlincə yola düşür.
Məhsulun kodu:2000054157963
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
İsmayıl Şıxlı
Səhifə sayı:
512
Dil:
Azərbaycan
Seriya:
Azərbaycan Klassikləri
Метка:
Ekspress
şərhlər3
Xalq taleyinin ən aydın şəkildə təsvir edən klassik əsərdir. Eyni zamanda xalqımızın XIX əsrin sonlarında təhsil həyatındakı yenilikləri,rus imperiyasının mədəniyyətimizə təsirini özündə əks etdirir. Axıcıdır.
Azərbaycan klassikasının ən gözəl incilərindən biri.Tövsiyə edirəm
Salam. Bu əsər neçə yaşa uyğundur? Xaiş edirəm düzgün məlumatlandırın bizi.
şərhlər3