Kitab Məmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fıkri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Məhsulun kodu:2000029637964
Janr:
Tarix
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Məhəmməd Əmin Rəsulzadə
Səhifə sayı:
128
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər5
Qiymətli tarixi kitabdır.
Mükəmməl kitabdır.
Kitabın hər səhifəsi bir tarixdir. Əla!
Mənim masaüstü kitabım olub.
Mənim uşaqlığım gəncliyim SSR dövrünə təsadüf edib. Bilmirəm bəlkədə ondandır bu kitab mənimçün əvəz olunmaz bir tapıntı oldu. Saytda görən kimi zakaz elədim fikirləşdim birdən bitər sonra tababilmərəm.
şərhlər5