Ağsaqqal, Azərbaycan haqqında intellektual və əyləncəli bir oyundur. Məqsədi Azərbaycan mədəniyyəti, tarixi, dili, məşhur insanları, dahi şəxsiyyətləri və bir çox adət-ənənələri haqqında bilikləri bölüşərək artırmaqdır.
Ağsaqqal, yaxında və ya uzaqda yaşayan, gənc və ya yaşlı, azərbaycanlı və ya xarici, auditoriyanı sehrli və mistik ölkəmiz ətrafında maraqlı və həyəcanlı bir səyahətə aparmaq üçün hazırlanmışdır.
Ağsaqqal oyunu bilik xəzinələri, maraqlı faktlar və əyləncə saatları ilə doludur. Oyun Azərbaycan üzrə mini-ensiklopediya, macəraçı bir ölkə bələdçisi və ya suvenir kimi yaradılıb.
Oyun komponentləri:
1 oyun lövhəsi
5 kart kategoriyası:
50 ƏŞYALAR VƏ ADƏTLƏR(mavi kateqoriya) haqqında kart,
50 ŞƏXSİYYƏTLƏR (qırmızı kateqoriya) haqqında kart, 50 YERLƏR (yaşıl kateqoriya) haqqında kart, 50 HADİSƏLƏR (sarı kateqoriya) haqqında kart,
Stolüstü oyunların mükəmməl bir sosial fəaliyyət olduğunu düşünürəm. Hər zaman yeni bir oyun tapmaq üçün sizin online mağazaya daxil olmağı sevirəm. Vətənimiz haqqında olan bu oyunu isə daha çox sevdim.
Əladır, çoox xoşumuza gəldi 👍👍👍
Fransada yaşayan dostuma hədiyyə seçməkdə çətinlik cəkirdim. Bu oyun əla seçim oldu məncə. Həm dostuma hədiyyə almış oldum, həmdə Azərbaycan mədəniyyətini dünyaya tanıtmış oldum.
Sizdən davamlı olaraq alış-veriş edirəm.Bu dəfə isə istədim sizdən hədiyyə olaraq bu oyunu alım.Azərbaycanla bağlı olaraq düşünürəm hədiyyə kimi çox möhtəşəmdir🤌🏻
şərhlər4