Fyodor Dostoyevskinin "Şeytanlar" əsəri dahi rus ədibinin beş böyük romanından biridir. Sürgün həyatından sonra – digər məşhur romanı “İdiot”un ardınca qələmə alınıb. Lakin mövzu və ideyasına görə əvvəlki romandan kəskin fərqlənir. Hətta onun əksinə gedir. Burada aparıcı qüvvə gözəllik və xeyirxahlıq deyil, çirkinlik və pislikdir. Ən dəhşətlisi, bu qüvvə dünyanı məhvə sürükləyir.
1789-cu il böyük Fransız inqilabı elə ilk gündən dünyanın bütün cəmiyyətlərinə təsir etdi. Bu inqilab həm də başqa inqilabi keyfiyyətlərin mənbəyi oldu. Bəşəriyyətin şüurunda xoşbəxt gələcəyin intellektual proseslərini başlatdı və müxtəlif mübarizələrə səbəb oldu. Rusiyada sosializm, nihilizm və narodnizm burada həmişə qidalanırdı. Dostoyevski “Şeytanlar” əsərində insanların bu düşüncə fırtınasının necə qovulduğunu, inqilabi iradə nümayiş etdirdiyini təsvir edir. Bu roman siyasi romanın ilk nümunələrindən biridir.
Məhsulun kodu:9789952388183
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Fyodor Dostoyevski
Səhifə sayı:
736
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Ekspress
şərhlər10
Mən həmişə Əli və Nino mağazasından onlayn alış-veriş edirəm və hər zaman məhsullardan və xidmətlərdən razı qalıram. Saytın təchizatı və xidmətləri də çox yaxşıdır.
"Şeytanlar" dahi yazıçı olan Dostoyevskinin unudulmaz əsərdir. Mən gənc yaşlarımda oxumuşdum bu əsəri. İndi mağazada başqa kitab axtarırdım. Təsadüfən çıxdı qarşıma bu kitab. Yenidən oxumaq istədim. İnanın ki, təkrar eyni maraqla oxudum.
Dostoyevski öz əsərlərində yaşayır. İllər sonrada yaşayacaq! Bir yazıçının kitabları sevilərək oxunursa demək o, hələdə yaşayır.
Dostoyevski imzası öz sözünü deyir! Əsər möhtəşəmdir!
Dostoyevskinin hər bir romanını oxumaq, özünü inkişaf etdirməyə bərabərdir. Mən çox bəyəndim. Sizə də tövsiyə edirəm.
İlk öncə göstərdiyiniz xidmətə və diqqətə görə sizə təşəkkür edirəm. Əziyyət çəkən hər bir əməkdaşınız var olsun. Kitab haqqında isə onu deyim ki, dahi Dostoyevskinin qələmə aldığı möhtəşəm romanlardan biridir. Kitab məni necə özünə bağlamışdısa gecə yorulmadan, saatlarla oxudum. Oxumağı düşünən hər kəsə tövsiyə edirəm, peşman olmazsınız.
Siyasi mövzuda roman oxumaq sizədə maraqlı gəlirsə Fyodor Dostoyevskinin "Şeytanlar"ını oxuya bilərsiniz! Mənə görə mükəmməldir bu kitab!
Dostoyevski "Şeytanlar" adlı bu əsəri ilə təkcə Rus ədəbiyyatında deyil, dünyanın bir çox dildən olan oxucuları arasında da özünə məxsus yer tutub. İllər əvvəl də "Şeytanlar" oxunurdu, bu dövrün oxucuları arasında da öz populyarlığını itirməyib. Buda müəllifin uzaq görənliyindən xəbər verir.
Eş olsun güclü komandaya! Həftə sonu olmağına baxmayaraq sifariş verdiyim kitabları gün ərzində çatdirdılar ünvanıma. Bu rahatlığı başqa mağazalarda görməmişdim mən.
Mən Gürgüstanda yaşayıram burada olan kitab mağazalarında Azərbaycan dilində kitab seçimləri çox az sayda olur. Yaxşı ki, sizin saytınız var. Mən özüm oxumaq istədiyim kitablarıda, uşaqlarıma lazım olan litablarıda sizdən zakaz verirəm. Sağ olsun əməktaşlarınızda bizi çox gözlətmirlər. Qısa vaxt ərzində sifarişim yola çıxır. Yaxşıkı varsınız Ali&Nino!❤️👌
şərhlər10