Добро пожаловать в интернет-магазин www.alinino.az!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе от 30 манат, доставка по Баку бесплатно.
.
Uşaq yaşlarında ata-anasını itirdikdən sonra xalası tərəfindən Alp dağlarında bir dağ komasına aparılan Haydi orada babası ilə yaşamalı olur. Haydinin məhəbbəti o qədər saf və təmiz duyğularla doludur ki, hətta Alp Dədənin adamayovuşmaz xasiyyəti belə bu sevgi qarşısında yumşalır. Haydi çoban dostu Peterlə dağda keçi qovaraq əyləncəli günlər keçirir. Lakin bir gün xalasının əmri ilə dağlardan ayrılıb, iflic bir qıza rəfiqəlik etmək üçün cansıxıcı şəhərə yollanır.
Xeyirxah Haydinin ürəyi ətrafdakıların həyatını günəş kimi işıqlandırır. Əlbəttə, onlar da qıza dostluq və sevgi ilə cavab verirlər. Dostluq isə əsl möcüzələrə qadirdir...
“Haydi” dünya uşaq ədəbiyyatının şedevrlərindəndir. Dərc olunduqdan dərhal sonra məşhurlaşıb və bir neçə Avropa dilinə tərcümə edilib. Dəfələrlə nəşr olunan povest
düz doqquz dəfə ekranlaşdırılıb.
İsveçrə yazıçısı İohanna Spirini (1827-1901) dünya şöhrətli yazıçı edən Haydinin ilk nəşrindən 133 il keçməsinə baxmayaraq, Heidi hər yaşda olan insanların sevə-sevə xatırladığı bir obraz olaraq qalmaqdadır.
Сопутствующие товары
Похожие товары
Товары из категории
комментарии8