Kitab böyük bir macəra hekayəsindən – elmin tarixindən bəhs edir. Onun əsrlər boyu keçdiyi yolu izləyir. Dövri sistemin təkamülünü göstərir. Elektriki, cazibə qüvvəsini və atomların quruluşunu izah edir. DNT molekulunu ortaya çıxarmaqla ağlagəlməz üfüqlər açan elmi axtarışdan danışır. Oxucuları teleskop vasitəsilə ulduzlara qaldırır. Planetin səthini araşdırır. Kitabda məşhur alimlərin maraq doğuran şəxsi hekayələri də yer alıb. O, alimlik fəaliyyətinin həyəcan doğuran sirli dünyasına pəncərə açır. Mövcud ideyalara meydan oxuyan elmi kəşflərin yarada biləcəyi səs-küyü anladır. Sadə və xoşagələn üslubu ilə geniş oxucu kütləsinin marağına səbəb olur.
Məhsulun kodu:9789952385564
Janr:
Elm
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Vilyam Baynum
Səhifə sayı:
344
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
şərhlər8
Hal hazirda elimdedir oxuyuram. Oxumaq isteyirsinizse gecikmeden alin.
Gözlədiyimdən tez və sağlam formada gəldi. Artıq oxumağa başlamışam, özümü sanki sirli bir dünyada hiss edirəm
Kitabi sifaris verdim. Gunlerle gozlemeye ettiyac olmadi. Gün içində gəldi bağlamam
Maraqla və heyranlıqla oxudum. Çox sağ olun Ali və Nino komandası.
Bolgələrə də çatdirilma xidmətinizin olması xoşuma gəldi. Mən kitablar sifariş vermişdim tez və prablemsiz göndərdiniz. Cəlilabad rayonunda yaşayıram 2 gunə gəldi.
Elm və tarix mənim ən çox bəyənərək oxuduğum iki sahədir. Kitab yüksək səviyyədə tərtib edilib.
Qısa və elmi məqalələrin alıntılarındam toplanan kitabları çox sevirəm, ona görədə səbətimə əlavə etdim 😍
Artıq səbətimə əlavə etdim. Çap olunmasını gözləyirəm. Satışa çixan kimi sifariş edəcəm. Adından görünür ki, fərqli kitabdır.
şərhlər8