Ermənilər tərəfindən törədilən Xocalı soyqırımından bizi üç onillik ayırır. Aradan illər keçsə də, acı xatirələr hələ də insanlara əzab verir.
Tarixdə elə hadisələr vardır ki, heç zaman millətin, xalqın yaddaşından silinmir. Xocalı faciəsi də məhz belələrindəndir. Həmin tarixdən illər keçməsinə baxmayaraq xalq o qanlı fevral gününü unutmur və heç zaman unutmayacaq. Bu genosid günahsız və əliyalın xalqa, millətə qarşı ən böyük vəhşilik idi. Həmin gün Azərbaycan xain düşmənlə mübarizə aparırdı. Neçə-neçə Azərbaycan igidi məzlum xalqın xilas olması üçün düşmənlə çarpışdı. Həmin tarix yer üzərində ən dəhşətli faciələrdən biri idi.
Məhsulun kodu:9789952527025
Janr:
Roman
Nəşriyyat:
Zərdabi LTD MMC
Cild:
Bərk
Müəllif:
Ulduz Qasım
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər2
Anam Xocalıdan çıxanda çəkdiyi əziyyətləri danışanda həmişə kövrəlir.Artıq illər keçsədə belə heç birimiz həmin günləri unutmuruq.O ağrılı,acılı,çətin günlər hər bir Xocalı sakinin yaddaşına yazılıb.Ermənilərin törətdiyi vəhşilikləri isə sözlə ifadə etmək mümkün deyil.O faciəvi günlər birdə heç vaxt yaşanmasın.
Tarix boyu çox az sayda belə vəhşiliklər törədilib,ancaq hamısınıda ermənilər edib.Ürək ağrısıyla,gözlərim dola-dola bu kitabı oxuyuram.Oxumaqda bu qədər çətinlik çəkdiyim hadisələri xalqımız yaşayıb deyə düşündükcə dəhşətə gəlirəm.Nə qədər ağır olsada hər kəs oxusun.
şərhlər2