Əllə toxuma böyük modaya gəlmiş və orada öz ləyaqətli yerini tutmuşdur. Bu gün öz qarderobunuzu trikotaj əşyalarsız təsəvvür edə bilməzsiniz. Toxuma üzrə çoxsaylı jurnallar əllə toxumanın gözəl dəbli modellərini təqdim edir, lakin bu jurnalların səhifələrində həmişə bu və ya digər modelin hazırlanmasının sirlərini və xüsusiyyətlərini ətraflı söyləmək mümkün olmur.
Jurnalın vəzifəsi – dəyişkən dəblərin müxtəliflikləri arasında tikməçilərin düzgün istiqamətləndirilməsi üçün əl trikotajında olan dəbli yeniliklərlə onları tanış etməkdir.
Kitabın məqsədi – bütün qaydalar üzrə toxumanı öyrətməkdir. Dəblər nə qədər dəyişsə də, şıltaqlıq etsə də, toxumanın əsas qaydaları olduğu kimi qalır. Bu qaydalar yalnız təcrübəli tikməçilərin düşündükləri texnoloji tapıntılarla tədricən artır və köhnələrin əsasında yaranmış yeni naxışlarla zənginləşir.
Ümid edirəm ki, “Toxumanın əlifbası” sizin üçün əllə toxuma üzrə əvvəldən axıracan hər şeyi əhatə edən sorğu kitabına çevriləcək.
M. Maksimova
Related products
Similar products
Same category
comments18