Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell (Erik Blair) Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış Paris və Londonda Qara Qəpiksiz əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir.
Daha çox 1984 və Heyvanıstan əsərləri ilə məşhur olan Corc Oruellin bu əsəri yoxsulluq və səfalətin ən yaxşı təsvirlərindən biri kimi qəbul edilir. Paris və Londonda Qara Qəpiksiz kitabında yoxsulluq və səfalətin Oruellvarı təsvirini görəcəksiniz.
Код товара:2001299874639
Жанр:
Klassika
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Corc Oruell
Количество страниц:
304
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии3
səfil sığınacaqları əlverişli və şəraitli dizayn olunsaydı, çoxu bu yolu seçərdi.
Olduqca maraqlı əsərdir, oxumaqdan zövq aldım. Oxumağa dəyər.
комментарии3