Azərbaycanlı xanım yazıçı Banin 1924-cü ildə qatarla Lion vağzalına gəlir. Yər şey də elə bundan sonra başlayır.
Parisdə onu nələr gözləyir? Burada yaşadığı ilk iki-üç ildə onun başına nələr gəlir? İlk rastlaşdığı insanlar, üzləşdiyi maddi sıxıntılar... Xüsusən maneken işlədiyi dövrləri sadə və zərif bir dildə təsvir edir. "Paris günləri" romanı Avropa həyatına uyğunlaşmağa çalışan şərqli bir qadının bəzən özünə belə etiraf etməkdən çəkindiyi arzu-istəklərdən, ən məhrəm duyğulardan bəhs edir. Burada nostalji hisslərlə qələmə alınmış vətən həsrətini də duymaq olar. Əsərdə həmçinin keçmiş Rusiya İmperiyasından Fransaya köçmüş mühacirlərin həyatı təsvir edilir. Nə qədər avtobioqrafik sayılsa da, romanda mühacirət həyatının bir sıra mühüm məqamları da öz əksini tapır.
Код товара:9789952381825
Жанр:
Bioqrafiya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Banin
Количество страниц:
248
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии7
Hər kəsə tövsiyə edirəm, olduqca maraqlı əsərdir.
Hər kəsə tövsiyə edirəm, olduqca maraqlı əsərdir.
Baninin yazdığı kitabları bəyənirəm. Hər bir əsəri təqdirəlayiqdir.
Uzun zamandır oxumaq istəyirdim, nəhayət ki, oxudum. Həqiqətən mükəmməl bir əsərdir. Oxumağa dəyər.
Çox axıcı və maraqlı əsərdir. Yazıçı yaşadıqlarını çox təsirli bir formada qələmə alib. Oxuduqca duyğulanmamaq mümkün deyil.
Stokda bitmədən sifariş verdim ki, gəlsin əlimdə qalsın. Yeni il öncəsi iş yoldaşıma bağışlayacam inşallah.
Azerbaycan qadininin evezolunmaz,mukemmel tesviri.Heyran oldum esere.Bu eseri oxuduqca qadinlarimiza qarsi derin hormetim bir daha artdi.
комментарии7