www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
XIII əsr müəlliflərindən Cəmaləddin Xəlil Şirvani tərəfindən hazırlanan və Şirvanşah Əlaəddin Fəriborza (hakimiyyət illəri 1225-1251) ithaf olunan "Nüzhətül-məcalis" ("Ürəkaçan məclislər") adlı topluya 291 şairin 4085 rübaisi cəmlənib. Onların 2212-si farsca yazan 116 azərbaycanlı müəllifə məxsusdur. Bura Xaqani, Nizami və Məhsəti kimi tanınmış müəlliflərlə yanaşı adı ədəbiyyat tarixində qeyd olunmayan bir çox ədiblərin rübailəri daxildir. Bu şairlərin çoxu Azərbaycanda tanınmır. Bu sırada Şəms Sücasi, Şərəf Saleh Beyləqani, Rəşid Beyləqani, Seyyid Şərəfəddin Beyləqani, Səfi Beyləqani, Bürhan Gənceyi, Camal Gənceyi, Rəşid Gənceyi, Əmir Nəcib Ömər Gənceyi, Qazi Şihab Gənceyi, Rəziyyə Gənceyi, S'əd Gənceyi, Nəcməddin Əbdüləziz Gənceyi, Sədr Zəngani, Əziz Əli Şirvani, Bəxtiyar Şirvani, Tiflisi Şirvani, Camal Hacı Şirvani, Seyf Tiflisi, Yəmin İsfəhani, Əsir Abdullah Umani, Şeyx Hüseyn Səqqa və digərlərinin adını çəkmək olar.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər