Əsər Nadir şah haqqındakı məlum romanlardan daha geniş tarixi əhatə etməsi ilə fərqlənir. Şahın həyatı, sərkərdə kimi yetişməsi, fəthləri; Rusiya, Osmanlı və Moğol imperiyalarında baş verən hadisələrlə əlaqəli təqdim edilib. Onun dinə, təriqətlərə münasibəti çox ziddiyyətlidir. Son nəfəsinəcən sünni-şiə bölgüsünə qarşı mübarizə aparıb. Dini islahatlar həyata keçirib. Elə onun da qurbanı olub. Nadir şah düşmənlərinə qarşı nə qədər amansız idisə, yeri gələndə, bir o qədər də rəhmli, ədalətli idi. Bağışlamağı bacarırdı. Fəth etdiyi ölkələrdə yerli əhali ilə humanist davranır, insanların rəğbətini qazanırdı. Roman tarixə sadiq qalsa da, yazıçı təxəyyülü ilə cilalanıb.
Код товара:9789952389166
Жанр:
Tarixi roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Eyvaz Zeynalov
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии6
Bu, Nadir Şah haqqında yazılmış ikinci kitab oldu saytınızdan aldığım. Hər iki kitabdan xeyli məlumat toplamış oldum. Ümumiyyətlə mən tarixi romanlar oxumağa geniş vaxt ayırıram. Bütün oxucularada bunu məsləhət görürəm.
Rayonlara da ekspress çatdırılma xidmətinizin olması daimi müştəriniz kimi məni çox sevindirdi. Ekspesslə ikl sifarişimidə verdim artıq. Əminəm tez gələcək.
Lazımlı və maraqlı kitabdır! Sizədə məsləhət görürəm.
Tələbəyəm və mənə Nadir Şah haqqında məlumat toplaya biləcəyim bir kitab lazım idi. Bu kitabı tam vaxtında çatdırdınız ünvanıma. Minətdaram sizə Əli və Nino kitab evi!
Tarixi araşdıamda mənə çox köməyi oldu bu kitabın. Tarix oxuyanlara, tələbərə lazım olar bu kitab onlarda oxuya bilərlər.
Nadir Şah haqqında yazılmış başqa kitablarda oxuşdum. Ancaq, bu kitabda daha geniş tarixi hadisələt yazılıb. Tarixi məlumat toplamağım üçün yaxşı məmbə oldu.
комментарии6