Lionel Messi bütün dövrlərin ən yaxşı futbolçusudur. Saysız titullara layiq görülüb, neçə-neçə rekorda imza atıb. Altı dəfə “Qızıl top” mükafatına layiq görülmüş yeganə futbolçudur. Uzunmüddət ən dəyərli futbolçu hesab edilən Lionel Messi bu zirvəyə asanlıqla gəlib çatmayıb. Uşaqlıqdan xəstəliklə mübarizə aparan Messi güclü iradəsinin, dəmirtək möhkəm əzminin sayəsində bu zirvəyə yüksəlib. Messinin arzuları əldə etdiyi qələbələr kimi bitib-tükənmir. Məşhur forvardın qarşıda çox hədəfləri var. Bu hədəflərdən biri də dünya çempionatının kubokunu Argentinaya apara bilməkdir.
Related products
Similar products
Same category
comments0
comments