Kitab Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin mətbuat haqqında yazılarının tədqiqi haqqındadır. Kitabda M.Ə.Rəsulzadənin mətbuat haqqında olan 50-dən çox yazısı da oxuculara təqdim edilib. M.Ə.Rəsulzadənin mətbuat haqqında olan yazıları və fikirləri bu günümüz üçün də aktualdır. Kitab humanitar elmlər sahəsində çalışanlar, mediada fəaliyyət göstərən jurnalistlər və jurnalistika fakültəsində təhsil alan tələbələr üçün faydalı vəsaitdir.
Məhsulun kodu:9789952388664
Janr:
Bioqrafiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Nəsiman Yaqublu
Səhifə sayı:
344
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər11
Çox qiymətli kitabdır, maraqlı və lazımlı məlumatlar ilə zəngindir.
Mən bəyəndim. Dostlar məsləhlidir, sizdə oxuya bilərsiniz.
Mən atam üçün aldım.
Kitabdan xeyli lazimi məlumatlar əldə etdim. Tarix araşdırmağa marağı olanlar üçün əvəzsiz vəsaitdir.
Kitabı atam üçün aldım, xoşuna geldi. Lazımi məlumatların olduğunu deyir. Təşəkkürlər.
Kitabı Goranbor rayonuna zakaz vermişdim. Üç gün öncə zakaz verdim bu gün gəldi götürdüm. Baxmayaraq ki, yol uzaqır amma gozlədiyimdən tez gətirdilər.
Azərbaycanın azadlığı uğrunda vuruşan dahi şəxsiyyətlərdən biridir. M.Ə. Rəsulzadə. Qanun nəşriyyatı sağ olsun. Belə kitabları çap etməklə dahilərimizi yeni nəsillərə tanıtdırırlar.
Məmməd Əmin Rəsulzadə, dahi şəxsiyyət, əvəzolunmaz insan...
Məmməd Əmin Rəsulzadə, dahi şəxsiyyət, əvəzolunmaz insan...
Bir tələbə olaraq bu kitabı görəndə çox sevindim. Alan kimi də, oxumağa başladım. Onu deyim ki, verilən məlumatlar rahat, anlaşıqlı dildə yazılıb. Kitabın tərtibatını da bəyəndim. Yaxşı ki, bele kitablar var və hətta daha çox olsun istəyərdim. Görkəmli şəxsiyyətlərlərimiz haqqında öz ana dilimizdə oxuyub, məlumat almaq tam başqa hissdir. Təşəkkürlər..
Azərbaycanın görkəmli dövlət xadimi Məmməd Əmin Rəsulzadənin bioqrafiyasını oxumaq maraqlı olardı. Kitabi bu gün sifariş vermişem. Gəlsin oxuyacam.
şərhlər11