www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Söz, yaxşı söz, yaxşı deyilmiş yaxşı söz dünyanın ən sehrli iksiri kimi həmişə daxilimizdəki xıltı təmizləyir, ruhumuzu saflaşdırır. Böyük rus nağılçısı Sergey Kozlovun “Kirpi dumanda” əsəri də oxuculara “böyük qayıdış” vəd edir. Yaşımızdan, əhvalımızdan asılı olmayaraq, belə əsərlər vərəqləndiyi bütün məqamlarda məsumluq dadır. Tikanları hələ itiləşməmiş balaca Kirpinin müdrik fikirləri, toppuş, sevimli Ayının sadədilliyi təkcə uşaqların yox, bütün oxucuların dünyasına xüsusi bir rəng qatıb, dostların və dostluğun ömrümüzə necə xoşbəxtlik saçdığını xatırladacaq... Təbiətdən qopmuş, daş evlərə sığınmış, pilləkənlərlə, mərtəbələrlə ayağını yerdən üzmüş müasir insan bu kitabı oxumaqla yenidən günəşin, dağın, otların “səsini” eşidəcək, bundan zövq alacaq. Özündə fəlsəfi fikirlər, ülvi hisslər daşıyan, səmimi dostluğun ən incə çalarlarını ehtiva edən “Kirpi dumanda” əsəri kiçikdən-böyüyə hamının kitabıdır.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər1