“Karamazov qardaşları” Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər. Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan «Karamazov qardaşları» XX yüzilin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.
Код товара:2001210184632
Жанр:
Klassika
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Fyodor Mixayloviç Dostoyevski
Количество страниц:
852
язык:
Азербайджанский
Серия:
Qırmızı Klassika
Метка:
Ekspress
комментарии9
Oxuyubda bəyənməmək mümkün deyil 👍👍👍
👍
Dostoyevski'nin bu əsəri kimlər üçünsə adi,kimiləri üçün isə möhdəşəm əsərdir,lakın bu onun dünya klassikləri arasında özünə müstəsna yer etməsi gerçəyini heç vaxd dəyişməyəcək
Tolstoy dindar idi, amma onun "İncil"i bu kitab olaraq qaldı.
Bu əsəri illər əvvəl oxumuşdum. Təzəlikcə yenidən alıb oxudum. Tərcüməni çox bəyəndim. Hamıya tövsiyə edirəm
👍
Kitabda müxtəlif dini,əxlaqi fikirlərin çaxnaşmalarl çoxdur.Dostoyevski mükəmməl şəkildə bəşəriyyəti ta yaranan gündən məşğul edən suallara personajların dili ilə cavablar axtarır.Oxucu oxuyarkən ara sıxılsada,yenədə müəılifində qeyd etdiyi kimi Yaşasın Karamazovlar...
комментарии9