Kitabda əsas müzakirə “on dörd əsr öncə yaranmış İslam qanunları hər an dəyişməkdə olan zamanın ehtiyaclarına necə cavab verə bilər” sualı ətrafında aparılır, bu çətin və geniş mövzunun həllinə çalışılır. Mürtəza Mütəhhəri, bəlkə də, bu mövzuda ilk müzakirə açan şəxslərdəndir. Müəllif bu mövzu daxilində “əxlaq”, “ədalət”, “vicdan” kimi bir çox əsas anlayışları təhlil edir, yeni-yeni fikirlər ortaya qoyaraq bu sahədəki sualları aydınlaşdırır. O izah edir ki, nə iddia edildiyi kimi zaman bütün dəyərlərin dəyişməsini tələb edir, nə də deyildiyi kimi İslamın bütün qanunları sabit və dəyişməz deyil; İslam dini zamanın müsbət dəyişikliklərinin, cəmiyyətin təkamülünün qarşısını almır. İslam qanunvericilik sistemi dəyişən ehtiyaclar müqabilində özü özünü tənzimləyən xüsusiyyətə sahibdir. Bir sözlə, Mütəhhəri kitabda “İslam və zamanın ehtiyacları” mövzusunda çox dəyərli konsepsiya ortaya qoyur.
Same category
comments4