Dünya haqda fikirləşəndə çox vaxt vəziyyətin ilbəil pisləşdiyini düşünürük: təbii fəlakət qurbanlarının sayı getdikcə artır, nadir heyvan növləri gözümüzün qarşısındaca yoxa çıxır, yoxsul insanlar çoxalır. Əslində, hər şey tam əksinədir. Alim, tədqiqatçı və doktor Hans Roslinq bunu sübut edir. O, beynimizin yol verdiyi ən geniş yayılmış səhvlərdən danışır. Dünyada baş verən qlobal dəyişiklikləri dəyərləndirir. Həmçinin baş verənləri doğru görüb anlamaq metodlarını təklif edir. Dünyanın mənzərəsi ilə faktlar əsasında tanış olmaq, instinktiv reaksiyalarınızı tənqidi düşüncə ilə əvəz etmək və dünyagörüşünüzü dəyişmək istəyirsinizsə, düz ünvandasınız.
Код товара:9789952386332
Жанр:
Elm
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Hans Roslinq
Количество страниц:
376
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии7
Özün götür xidmətinizdən istifadə etdim və çox razı qaldım. Hər bir əməkdaşınıza təşəkkür edirəm. Kitab çox səliqəli formada paketlənmisdi. Təşəkkürlər.
Kitabı oxuduqca başlqdım özükənardan izləyib, analiz etməyə. Nəticədə bəzi vərdişlərimi tərgitdim. Dolayısı ilə mən Hansla razılaşıram. Dünyanı düzəltmək əslində öz əlimizdədir.
Maraqlı və fərqli kitabdır. Yeni kitab oxumaq istəyən hər kəsə tövsiyə edirəm. Kitabın bir səhifəsini oxusanız, axıra kimi əlinizdən qoymaq istəməyəcəksiz..
Dünən yeni kitablardan həm uşaqlara, həmdə özümə sifariş etdim və ekspress çatdırılmanı seçdim. Həqiqətən dediyiniz kimi çox sürətli bir çatdırılma etdiniz, özüm belə çox təəccübləndim. Əslində bu da məni sevindirdi desəm yeridir. Sizə sonsuz təşəkkürümü bildirirəm, əməyi keçən hər bir əməkdaşınıza da təşəkkür edirəm. Kitablarda çox yaxşı vəziyyətdə gəldi.
Kitabı çox bəyəndim. Kitab verilənlərin anlamını dərindən araşdıraraq dünyanın məşğulluqları haqqında aydınlatıcı bir əsərdir. Rosling, elmə əsaslanan, obyektiv və ətraflı analizləri ilə mənə dərindən düşünmək imkanı yaratdı. Kitab, çağdaş dünyada mövcud olan mifləri və yanlış anlayışları sındıraraq, insanları daha doğru və aydın bir şəkildə dünya haqqında düşünməyə səsləyir.
Ekspres çardırılma servisi əla çalışır. Kitabla birgə başqa məhsullar almışdım. Sifarişimi düngün çatdırdılar. Sürətlərinədə söz yoxdur!
Dünyada yaşanan qlobal problemlərə elmi yanaşma ilə nazar salıb yazar. Əslində dünyamızı qurtarmaq bir növdə bizim öz əlimizdədir!
комментарии7