Xərçəng xəstəliyinə mübtəla olmuş on altı yaşlı Hazel Qreysin bir neçə il də yaşamağına təminat verən tibbi möcüzəyə baxmayaraq, xəstəliyi ölümcüldür. Həkimlərin ona qoyduğu diaqnozla birlikdə ulduzlar da Hazelin həyat nağılının sonuncu hissəsini çoxdan yazıb.
Di gəl ki, Aqust Vaters adlı yaraşıqlı bir xarakter “Xərçəng Xəstəsi Uşaqlar Üçün Dəstək Qrupuna” gəldiyi gündən Hazelin həyatı tamamilə başqa istiqamətə yönəlir və bu ağıllı oğlanın cazibəsi qızın həyatında yeni hekayənin başlamasına səbəb olur.
Con Qrin təvazökar bir üslubda və bütün səmimiyyətiylə qələmə aldığı romanda yaşamağın və sevməyin həyəcanlı, gülməli və faciəvi cəhətlərini bütün çılpaqlığıyla təsvir edir...
Məhsulun kodu:2001325564633
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Con Qrin
Səhifə sayı:
336
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
şərhlər3
Mənim rəfiqəm Jalə də xərçəng xəstəliyindən əziyyət çəkir.😔😔😔 Bu kitabı aldım. Əvvəl özüm oxudum. Sonra düşündüm ki, əsərin qəhramanın başına gələnləri rəfiqəm də oxusa ona stimul vermiş olar. Kitabı verdim rəfiqəm oxuyur. Indi görürəm ki, həyata tutunmağa çalışır. Ümüdünü üzmür.
Çox gözəl əsərdi🫶🏻
Refiqem meslehet gordu deye kitabi oxudum.En cetin gunlerimde,heyatdan kusduyum vaxtda oxudum.Oxumadim yasadim men.O qeder tesirli eserdiki,oxuduqca hem agladim,hem sevindim.Sevgi insanin heyatini nece de deyisermis men bunu oxuduqca anladim.Mutleq oxuyun,her kese tovsiyye edirem.
şərhlər3