Eşqin heç bir əlamətə və təyinə ehtiyacı yoxdu.Azad dünyadı eşq.Ya düz ortasında mərkəzindəsən,ya da ki eşiyində həsrətində…
Qırx yaşlı Ella Rubinsteyn amerikalı evdar xanımdır. Tipikburjua dəyərlərinin hökmran olduğu zəngin bir ailəsi, qaydasında gedən və görüntü olaraq “problemsiz” görünən bir evliliyi var. Üç övladını böyütdükdən sonra nəşriyyatda redaktor köməkçisi olaraq işə başlayır. İlk işi isə A.Z.Zahara adlı tanınmayan bir yazarın sufizm fəlsəfəsi mövzusunda olan tarixi romanını dəyərləndirməkdir. Lakin həyatının çox çətin bir mərhələsində əlinə aldığı bu kitab gözləmədiyi tərzdə Ellaya təsir edəcək və o, dünyavi eşqi kəşf etmək kimi çətin və təhlükəli səfərə çıxacaq. «Eşq» romanı kitab içində bir kitab, həyatın mənasını dərk etmək yolundakı eşq macərasıdır. «Eşq» Əlif Şəfəqin axtarış, gerçəklik və kəşfetmə istiqamətində bir romanıdır.
Məhsulun kodu:2000029237966
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Elif Şafak
Səhifə sayı:
464
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər4
Bu kitabı oxuyarkən vaxtımın necə keçdiyini hiss etmədim və hər səhifədə yeni bir həyəcan yaşadım. Mən bu kitabı oxuyandan sonra həyatıma daha optimistik baxıram.
Çox maraqlı əsərdir, heyranlıqla oxudum. Hər bir səhifə dərinliklə dolu idi.
Sevgi romanı sevenlər üçün əfsanəvi bir əsər! Hər səhifədə yeni bir sevgi hissi var.
Elif Şafakın əsərlərini çox bəyənirəm.İlk oxuduğum "Ustam və Mən" romanıdır. Şərhlərimi də yazmışam. Bu kitabın adına və rəsminə baxanda insanın ağlına iki çılğın gəncin eşq macəralarindan bəhs edən fikirlər gəlir. Amma oxuduqca həm bu, həm də eşqin heç ağlına gəlməyən formalarının şəhidi olarsan. Əsər məşhur Mövlana Cəmaləddin Rumi ilə Şəms Təbrizi, eyni zamanda müasir dünyaya aid insan həyatları haqqındadır. Ayrı-ayrı zamanlardan bəhs olunsa da sanki bu zamanlar paralel formada davam edir. Hər şey əla idi amma, bir qadının öz həyat yoldaşını və doğma övladlarını rəsmi boşanma, xəbərdarlıq belə olmadan ataraq başqa bir kişinin qoynuna girməsini heç həm də heç bəyənə bilmədim!!! Buna hər nə səbəb olursa olsun, bu hərəkətə haqq qazandıracaq heç nə yoxdur. İstər qadın istərsə də kişi olsun bu cür alçaq hərəkətə, xəyanətə yol verməməlidir. Hərçənd ki, əsərdə sufilik təlqin olunur. Qadının yanına qaçdığı kişi özü də bir sufidir. Amma kiminsə həyat yoldaşına haram yolla sahib olur. Sufilik isə İslami təriqətlərin bir qoludur. Sonu isə oxyanlara məlumdur. Bu hissələri çıxmaq şərti ilə kitabı bəyəndim.
şərhlər4