Добро пожаловать в интернет-магазин www.alinino.az!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе от 30 манат, доставка по Баку бесплатно.
.
Sosial-siyasi vəziyyəti, cəmiyyətdəki nöqsanları, ictimai
həyatdakı qüsurları özünəxas üslubda tənqid edən bu hekayələrdə,
müəllifin eksperimental üslubu və feminist mövqeyi
daha çox diqqət çəkir. Daha çox qısa hekayələri ilə tanınan
yazar Luiza Valenzuela 1970-ci illərdə mövcud olan Argentinadakı
diktaturaya, hərbi xuntaya qarşı etirazını, qəzəbini bu
hekayələrdə əks etdirir. Kitabda toplanan hekayələr həm mövzusuna,
həm ötürdüyü mesaja, həm də üslubi keyfiyyətlərinə
görə olduqca təsirlidir.
Bu kitab siyasi terror, işgəncə, repressiya və sadaladıqlarımızın
insan həyatına təsiri haqqındadır. Müəllif siyasət, nüfuz,
qorxularımızın seks və ölümlə əlaqəsinə diqqət çəkir.
Diktatura dövrünün təşvişli günləri, demokratiya və ədalət
uğrunda mübarizə, insanların sevgi haqqında maraqlı
düşüncələri bu hekayələrin ana xəttini təşkil edir.
Сопутствующие товары
Похожие товары
Товары из категории
комментарии6