Muni Vitçerin “Altıncı Ayın qızı Nina” kitabı yazıçının fərdi yaradıcılıq uğuru hesab olunur. Əsərin baş qəhrəmanı on yaşlı Ninadır. Rus adını ona babası, rus əsilli məşhur sehrbaz və kimyaçı Mixail Mezinski verib. Ninanın ovcunda babasındakı kimi anadangəlmə xal, qırmızı ulduz var. Bu onun da məşhur kimyaçı olacağına işarədir. Bir gün ulduz qaralmağa başlayaraq, ona qarşıdakı təhlükələrdən xəbər verir. Babasının ölüm xəbərini eşidən Nina sehrli kimya əlifbasının köməkliyi ilə onun qeydlərinin şifrəsini açır. İndi o, bədheybət bir cırtdana çevrilməli, Şər Sehrbazı Qraf Karkonla döyüşə atılmalı, babasının vəsiyyətinə əməl edərək, AltıncıAy deyilən Ksoraks planetini zalım Karkondan xilas etməlidir.
Код товара:9789952369779
Жанр:
Uşaq ədəbiyyatı
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Muni Vitçer
Количество страниц:
320
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии2
Qızıma bu bədii kitabı aldım və o, buna çox sevindi. O, artıq əvvəlcədən sevdiyi kitablarla müqayisə etdi və bu kitabın ona daha dərin bir anlama və həssas bir ədəbi təfəkkür verdiyini qeyd etdi.
комментарии2