www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Salam, əziz oxucum!
Ürəyimin ən gizli sözünü səninlə bölüşmək istəyirəm. Heç kimə demədiyim və deyə bilmədiyim sözlərimin ilk oxucusu sən ol. Ancaq heç kimə demə, aramızda sirr qalsın. Yəqin ki, sən də nə vaxtsa uçmaq istəmisən. Quş qanadı arzulamısan ki, ayaqlarını yerdən üzsün, səni yüksəkliklərə qaldırsın. Mən də şeirlərimlə uçuram. Şeirlərim mənim qanadlarımdır. Ən yüksək zirvələrə, səmaya yalnız şeirlərimin qanadlarında uça bilərəm. Mənim üçün dünyanın ən gözəl uçuşu budur.
Yaşadığım, hiss etdiyim duyğularımı bu şeirlərimdə ifadə etmişəm. Çox arzuma çatmasam da elə bilirəm ki, mənim şeirlərim mənim çatmadığım arzularımdır. Həyatımda yarımçıq olan hər şeyin davamıdır onlar. Hansı şeirimi oxusan və xoşuna gəlsə, deməli, mənimlə birlikdə sən də uçacaqsan…
İndi isə uçuşa hazır ol!
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər