Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Səbətim
Sizin səbət boşdur

Text here....

Çipollinonun macəraları

Adı və əsərləri qısa müddətdə dünya ədəbiyatı xəzinəsinə daxil olan italyan kommunist yazıçısı Canni Rodari (1919) xüsusilə uşaq və gənclərin sevə-sevə oxuduqları bir çox şeir və nağılvarı əsərlərin müəllifidir. Bu baxımdan, onun dünya ədəbiyatında ən çox tanınmış və geniş yayılmış əsəri – “Çipollino” nağıl-povesti səciyyəvidir.

Bu kitabda oxuyacağınız həmin əsərin qəhrəmanları: Soğan, Qabaq, Turp, Kəvər, Pomidor, Portağal, Limon, Noxud, Albalı və sair meyvələrdir. Əslində isə, bütün bunlar əsər boyunca öz hərəkət və rəftarları ilə insan cəmiyətini, daha dəqiq desək, Rodarinin yaşadığı zaman və məkanın ayrı-ayrı sinif və təbəqələrini təmsil edən nümayəndələrdir.

Əsərin baş qəhrəmanı – Çipollino (bala soğan) nağılvarı bir ölkəyə səyahət edərək yoxsulları müdafiə edir və zalımlara qarşı mübarizə aparır. Burada yazıçı xəyalı ilə həyat həqiqəti bir-birilə qaynayıb-qarışır, müəllif çağdaş İtaliyanın ictimai həyatının bütün ziddiyətlərini nağılda olduğu kimi aydın, canlı, gülünc şəkildə əks etdirir.

Buratino

Əsərin əsas süjetini Buratino və onun dostlarının Karabas Barabas, Duremar, tülkü Alisa və pişik Bazilio ilə mübarizəsi təşkil edir. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Buratino, Karlo ata, pudel Artemon, Pyero və Malvina üçün isə azadlıq rəmzidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə sona yetir.