Добро пожаловать, Гость!
Войти   |   Зарегистрироваться
Заказать по телефону прямо сейчас!
(+99412) 493 17 04   (+99412) 493 04 12   (+99451) 312 24 40   Заказать звонок
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ru | en | az
Ваша корзина
Ваша корзина пуста

Terrorçu

Код товара 12683
Жанр: Современная проза/Muasir nəsr
Автор: Con Apdayk
Издательство: Qanun
Переплёт: Мягкий
Вес, гр:  300
Наличие товара:  есть в наличии
9,99 AZN
(Голосов: 2, Рейтинг: 5)
     
Внимание! При сумме заказа от 20 манат - доставка по г. Баку бесплатная

Как купить этот товар? Подробная информация

Как оплатить? Подробная информация

Доставим в любой район Азербайджана, Баку, мира.

Стоимость доставки по районам Азербайджана 2 AZN за 1 кг. Доставка осуществляется в течение 5 рабочих дней.


Damarlarında ərəb və irland qanının qarışığı axan Əhməd Amerika həyat tərzinə niyə alışa bilmir?

On beş il əvvəl müsəlman atası onları atıb getməsəydi, Əhmədin dinə münasibəti indiki kimi olardımı?

On bir yaşından imamı – Şeyx Rəşidi özünə mənəvi ata seçməsəydi, Əhməd cihad yolunu tutardımı?

Mərkəzi məktəbin sonuncu sinfində oxuyanda Əhməd Corilinin sevgisinə müsbət cavab versəydi, bu yaraşıqlı xristian qızcığaz sonradan pis yola qədəm qoyardımı?

On səkkiz yaşlı gənci cihada sürükləmək asandır, yoxsa ondan ­çəkindirmək?

Terrorçunun dini-imanı olurmu? On bir sentyabr olayının “baş qəhrəmanı” müsəlman Mühəmməd Əttadırsa, on bir sentyabra qədərki Amerika tarixinin ən qanlı terror hadisəsinin də başında xristian Timoti Makvey durmurmu?

“Quran”da təsvir edilən hadisələr və öyüd-nəsihətlər “Tövrat”dakından, “İncil”dəkindən çoxmu fərqlənir?

Radikal islamçılar terror hədəfi kimi niyə məhz Linkoln körpüsünü seçirlər? Burada gediş-gəliş daha sıx olduğu üçünmü? Bəlkə, rəmz olaraq – Avraam Linkoln cavanların gözündə Amerika tarixinin ən yaxşı prezidenti kimi qaldığı üçün?

Əhmədi son anda cihaddan çəkindirən nə oldu? Yəhudi Levinin öyüd-nəsihətləri, yoxsa yolunun üstündəki günahsız, məsum qaradərili körpələri?

Cihadın baş tutmamasına görə əqidədaşları Əhmədi “fərari” adlandırmayacaqlar ki?

“Kommunistlər – beyinləri suya çəkib yaxalamaq istəyirdilər; bizimkilər isə beyinlərdə nə varsa, hamısını sıxıb suyunu çıxarmaq istəyirlər”. Bəs bu “bizimkilər” kimlərdir?

Qayda-qanuna nifrət – azadlığa məhəbbətdirmi? Axı azadlıq da elmdir, onu da öyrənmək, mənimsəmək gərəkdir…

Bütün bu sualların cavabı Con Apdaykda, “Terrorçu”da varmı?

Назад в раздел