Добро пожаловать, Гость!
Войти   |   Зарегистрироваться
Заказать по телефону прямо сейчас!
(+99412) 493 17 04   (+99412) 493 04 12   (+99451) 312 24 40   Заказать звонок
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ru | en | az
Ваша корзина
Ваша корзина пуста

Əcnəbi qadın

Код товара 12246
ISBN: 9789952266641
Автор: Sergey Dovlatov
Издательство: Qanun Nəşriyyatı
Переплёт: Мягкий
Вес, гр:  94
Наличие товара:  есть в наличии
4,00 AZN
(Нет голосов)
     
Внимание! При сумме заказа от 20 манат - доставка по г. Баку бесплатная

Как купить этот товар? Подробная информация

Как оплатить? Подробная информация

Доставим в любой район Азербайджана, Баку, мира.

Стоимость доставки по районам Азербайджана 2 AZN за 1 кг. Доставка осуществляется в течение 5 рабочих дней.


“Əcnəbi qadın” romanı qeyri-adi yumorla yazılıb.

Əsərin qəhrəmanı Marusya Sovet ittifaqında Kommunist Par-tiyasına sadiq bir ailədə doğulub. Təminatlı

həyat onu sıxır. Sa-dəlövhlük onun yolunu Avropaya, oradan isə Nyu-Yorka aparıb çıxarır.

Əsərdə Marusyanın timsalında sovetlərdən gedən mü-ha-cir-lə-rin həyatı təsvir olunur.

“Əcnəbi qadın” əsərində bir cümlədə eyni hərflə başlayan iki söz yoxdur.

Tərcümə edərkən müəllifin üslubu qorunub.

Sovet mühacir-yazıçılarının “üçüncü” dalğasının nü-ma-yən-də-si, adı Azərbaycan oxucularına az-çox

tanış olan Sergey Dovlatov 1941-ci ildə, ailəsinin evakuasiya edildiyi Ufada doğulub. Son-ralar yenidən

Leninqrada qayıdıb. Filologiya fakültəsini bitirib. İlk hekayələrini yazan gündən “dissident” sayılıb. Sovet

ədə-biyyat jurnallarında çap olunmaq cəhdləri baş tutmayıb. İlk kitabının yığımı DTK-nın sərəncamı ilə

məhv edilib. Çörək pulunu jurnalistikadan “çıxarıb”.

1976-cı ildə bir sıra hekayələri Qərbdə, “Kontinent”, “Zaman və biz” jurnallarında çap olunub, buna görə

SSRİ Jurnalistlər İtti-fa-qından xaric edilib.

1978-ci ildə Avstriyaya, sonra ABŞ-a mühacirət edib. Nyu-York-da yaşayıb, ilk vaxtlar qalmaqallı “Yeni

amerikalı” qəzetini bu-raxıb. Səksəninci illərin ortalarında Amerika oxucuları arasında məşhurlaşa bilib,

hekayələri dəfələrlə “mötəbər və nüfuzlu” “New Uorker” jurnalında çap olunub. Onu da deyək ki, rus

yazıçılarından heç biri heç vaxt bu jurnala “yaxın buraxılmayıb”. Dovlatov istisna təşkil edir.

1990-cı ildə Nyu-Yorkda ürək çatışmazlığından vəfat edib.

On iki illik mühacir həyatı ərzində Dovlatovun ABŞ və Avropada on iki kitabı nəşr edilib. Rusiyada onu

“samizdat”a və radiodakı verilişlərinə əsasən tanıyırdılar. Hazırda Moskvada Dovlatovun çoxsaylı kitabları

nəşr edilib, “Seçilmiş əsərlər”i buraxılıb.

Biz, Azərbaycan oxucularını S.Dovlatovun hansı əsəri ilə tanış etmək barəsində düşünərkən müəyyən

tərəddüddən sonra onun “Əcnəbi qadın” romanını seçdik.

Bu vaxta qədər onun Azərbaycan dilində yalnız bir neçə heka-yəsi Natiq Səfərov tərəfindən tərcümə olunub.

Назад в раздел