Добро пожаловать, Гость!
Войти   |   Зарегистрироваться
Заказать по телефону прямо сейчас!
(+99412) 493 17 04   (+99412) 493 04 12   (+99451) 312 24 40   Заказать звонок
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ru | en | az
Ваша корзина
Ваша корзина пуста

Çöküş

Код товара 15650
Жанр: Художественная литература/Bədii ədəbiyyat
Автор: Albert Kamyu
Издательство: Qanun
Переплёт: Мягкий
Вес, гр:  100
Наличие товара:  есть в наличии
5,00 AZN
(Нет голосов)
     
Внимание! При сумме заказа от 20 манат - доставка по г. Баку бесплатная

Как купить этот товар? Подробная информация

Как оплатить? Подробная информация

Доставим в любой район Азербайджана, Баку, мира.

Стоимость доставки по районам Азербайджана 2 AZN за 1 кг. Доставка осуществляется в течение 5 рабочих дней.


"Çöküş" böyük fransız yazıçısı, Nobel mükafatı laureatı Alber Kamünün çap edilən son romanıdır. Romanın süjeti günah və günahsızlıq, azadlıq və insan varlığı kimi məsələlər kontekstində inkişaf edir. Bütün bu təsvirlərin, mühakimə və mülahizələrin son nəticəsi odur ki, həyat absurddan başqa bir şey deyildir. Yazıçı bu məsələləri şüur axını metodundan istifadə edərək şərh edir. O dövrün başqa bir böyük ədibi Jan-Pol Sartrın fikrincə, "Çöküş" Kamünün ən anlaşıqlı və ən gözəl romanıdır.

"Çöküş" romanını Kamünün şah əsəri olan "Yabançı"nın davamı kimi də oxumaq mümkündür. "Çöküş"də insan malik olduğu bütün dəyərləri itirir və öz içinin dərinliyinə çökür. Onun bütün hissləri, beynini yoran düşüncələri XX əsrdə mövcud olan əxlaq, mənəviyyat prinsipləri ilə üzbəsurət, heç bir elementi gizlədilmədən ortaya gətirilir. O dərəcədə ki, insan özü-özündən iyrənir. Romanda əsas məqam – keçmiş vəkil Klamansın yağışlı bir gecə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi mətnin bütün künc-bucaqlarını işıqlandırır. Həyat, ölüm, varlıq, günah, azadlıq… kimi anlayışlar bir anda bütün mənasını itirir. Bu zəmanədə ən rahat yaşayan adamlar özlərinə süni həyat qurmuş fərdlərdir. Bax bu – XX əsrin, insan həyatının ən böyük qüsurudur.

Назад в раздел