Добро пожаловать, Гость!
Войти   |   Зарегистрироваться
Заказать по телефону прямо сейчас!
(+99412) 493 17 04   (+99412) 493 04 12   (+99451) 312 24 40   Заказать звонок
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ru | en | az
Ваша корзина
Ваша корзина пуста

Knulp

Код товара 7736
Жанр: Классика/Klassika
ISBN: 978-9952-26-571-2
Автор: Herman Hesse
Издательство: Qanun
Переплёт: Yumsaq
Вес, гр:  300
Наличие товара:  нет в наличии
5,00 AZN
(Голосов: 3, Рейтинг: 3.33)
     
Внимание! При сумме заказа от 20 манат - доставка по г. Баку бесплатная

Как купить этот товар? Подробная информация

Как оплатить? Подробная информация

Доставим в любой район Азербайджана, Баку, мира.

Стоимость доставки по районам Азербайджана 2 AZN за 1 кг. Доставка осуществляется в течение 5 рабочих дней.


Bütün həyatı yollarda keçən  bir yolçunun hekayəsidir Knulp. İstədiyi yerə “qonan”, amma heç yerdə qərar tuta bilməyib yenə “uçan” azad bir ruhun qısa dastanı.

Uşaqkən yaşadığı bir hadisə səbəbiylə insanlara etibarı sarsılmış və kimsəyə güvənməməyi özünə həyat prinsipi seçən yolçu… Yeri-yurdu olmayan, amma gəldiyi hər yeri özünə müvəqqəti yurd sayan, tanış olduğu hər kəsin rəğbətini qazanmaq bacarığına sahib, yalqız və həsrət dolu bir insan…

Knulpun heç kimə xeyri dəymir, amma o, ziyankar biri də deyil. Son əhvalatda həyatını nəzərdən keçirərkən bir yoldaşının da ona dediyi kimi “Sərsəri bir həyatı seçdin, amma ünsiyyət qurduğun bütün insanları düşündürdün, Knulp”.

XX əsr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Herman Hesse (1877-1962) missioner ailəsində doğulub. Hessenin valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olublar. Kiçik yaşlarından Herman Hessedə də bu ölkəyə və ümumən Şərq mədəniyyətinə, fəlsəfəsinə böyük maraq yaranıb. Ona məşhurluq gətirən əsərlərə: “Yalquzaq”, “Dеmian”, “Siddhartha”nı misal göstərmək olar. Yazıçı “Knulp” əsərini 1915-ci ildə yazıb.

Назад в раздел