www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 50 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Dünya şöhrətli sosioloq-alim Entoni Giddensin təbirincə desək, “qloballaşma dünya ölkələri aralarındakı qarşılıqlı asılılığın artması ilə şərtlənir”. Tarixdə qloballaşma prosesi ilə bağlı çoxlu təcrübənin olduğu bəllidir: Makedoniyalı İsgəndərin və sonrakı fatehlərin ölkələri bir imperiyada birləşdirmək istəyi, Avropalıların çoxsaylı ölkələri müstəmləkəyə çevirmək cəhdləri, habelə, xristianlıq və islamın dünyanı bir inanc ətrafında birləşdirməklə bağlı çalışmaları və nəhayət, marksistlərin kosmopolitləşdirmə ideyaları… Yaxud, böyük coğrafi kəşflər dövründə ölkələrin coğrafiyasının genişlənməsi, elmi-texniki tərəqqinin yayılması da qloballaşma meylli proseslər sırasındadır.
Bu baxımdan, qloballaşmanın fiziki gücə, imperialist və ideoloji maraqlara əsaslanan cəhətləri ilə yanaşı dünyanın rifah və dincliyini təmin edəcək təbii proses kimi davam etməsi də zəruri bir hadisədir. Məhz Entoni Giddens bu zərurəti hiss edən ilk alimlərdən biri olmaqla ötən yüzilliyin 80-ci illərindən başlayaraq bu istiqamətdə araşdırmalar aparmış və çoxsaylı məqalələrində, kitablarında bu problemlə bağlı təhlillər vermiş, müəyyən nəticələrə gəlmişdir.
Dünyada “sözü keçən”, fikirlərinə güvənilən böyük alimlərdən biri – Entoni Giddensin təqdim olunan bu kitabının oxucular üçün maraqlı olacağına inanırıq.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər