Добро пожаловать, Гость!
Войти   |   Зарегистрироваться
Заказать по телефону прямо сейчас!
(+99412) 493 17 04   (+99412) 493 04 12   (+99451) 312 24 40   Заказать звонок
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе свыше 20 манат доставка по Баку бесплатна!
ru | en | az
Ваша корзина
Ваша корзина пуста

Dilənçi qadının sirri

Код товара 23213
Жанр: Детектив/Detektiv
ISBN: 2000032544631
Автор: Elxan Elatlı
Издательство: Elgün
Переплёт: Мягкий
Вес, гр:  500
Наличие товара:  есть в наличии
4,00 AZN
(Голосов: 2, Рейтинг: 2.5)
     
Внимание! При сумме заказа от 20 манат - доставка по г. Баку бесплатная

Как купить этот товар? Подробная информация

Как оплатить? Подробная информация

Доставим в любой район Азербайджана, Баку, мира.

Стоимость доставки по районам Азербайджана 2 AZN за 1 кг. Доставка осуществляется в течение 5 рабочих дней.


Türkiyəli iş adamı Hakan Peştaş Türkiyədən köçüb Azərbaycana gəlir və burada məskunlaşır. Roman onun 3 yaşlı balaca oğlunun oğurlanması ilə başlayır, oğrular Hakan bəyə zəng edib külli miqdarda pul tələb etmişdilər, artıq bir dəfə pul verilmişdisə də uşağı qaytarmamışdılar. Özüdə pulu qara bir torbaya qoyub üzərinə çörək qırıntıları töküb evlərinin qarşısındakı zibil qablarının yanına qoymasını tələb edirlər. Torbanı isə üzü yanıb eybəcər hala düşən bir dilənçi qadın götürür.

Bu qadın Hakan bəyin kabusuna çevrilmişdi. Məsələ orasında idi ki, onun heç bir düşməni filan da yox idi, oğrunun kim olması barədə heç bir fikri də yox idi. Həyat yoldaşı Gülsevər də çox narahat idi. Hakan bəyin Türkiyədən Azərbaycana köçməsi isə həyat yoldaşının əslində onu deyil onun ən yaxın dostunu sevməsi və dostuna yaxın olması üçün onunla evlənməsini öyrənməyi olmuşdu. Onun Türkiyədə də iki övladı var idi. Ancaq balaca Elcanı daha da çox sevirdi.

İşin üstünü açmaq üçün Elxan Elatlının bir çox əsərlərində olduğu kimi Qanbay Qasımlı ortaya çıxır. Qanbay Qasımlının bu dəfəki işi də olduqca təqdirəlayiq idi. Hadisələr bir-birinin ardınca elə maraqlı cərəyan edirdi ki, sonun necə olduğunu təsəvvür edə bilmirdim.

Elə sonluq da təsəvvür etmədiyim qədər qeyri-adi oldu, heç ağlıma gəlmirdi belə olacağı. İnsan şəhvətin, pulun qurbanı olmasın gərək. Əgər nəfsinə qurban oldunsa faciə səndən qaçınılmazdır. Oxumağınızı mütləq tövsiyyə edərdim.

Назад в раздел