Bəzən kişi və qadınların sevgi münasibətlərində fikir ayrılığı, lazımsız dava-dalaş və mübahisələr yaranır. Bu da çox vaxt səbəbsiz ayrılıqlara səbəb olur. Bu kitab münasibətlər arasındakı gərginliyin səbəbini izah edir. Con Qrey cinslər arasındakı fərqləri dərindən araşdırıb sağlam sevgi münasibətləri qurmaqda sizə yol göstərən praktik bələdçidir. Həyatınızı sevgiylə doldurmaq, xoşbəxt olmaq sizin də haqqınızdır! Sevgi ecazkardır və fərqlərinizi xatırladığınız halda həyatınıza rəng qatmaqda davam edəcək. “Kişilər Marsdan, Qadınlar Veneradandır” Amerika yazıçısı və münasibətlər üzrə məsləhətçi Con Qrey tərəfindən yazılıb. 50 milyondan çox tirajla satılan bu kitab 1990-cı illərdə bestseller olaraq 121 həftə öz birinciliyini qoruyub.
Məhsulun kodu:2000052947962
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
John Gray
Səhifə sayı:
400
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər1
Psixoloji kitab oxumağı sevirəm, onlar məni həmişə maraqlandırır. Kitab oxumaq insanın psixoloji proseslərini təhlil etməyə kömək edir və yeni bir perspektiv açır. Kişiləri, qadınları anlamaq üçün çox yaxşı kitabdır.
şərhlər1