Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Səbətim
Sizin səbət boşdur

Azərbaycan dilində kitablar / Bədii ədəbiyyat / Müasir xarici nəşrlər

Göstər
12

Grid  List 
Körluq
Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi-mədəni tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapital...
11,99 AZN
 
Elcernon Üçün Çiçəklər
Müasir fantastikanın qızıl fonduna daxil olan romanda hər şeydən öncə son dərəcə maraqlı bir əhvalatla qarşılaşan oxucu əsərin qəhrəmanının yaşantılarıyla çox yaxından tanış olur.

Ağıldankəm Çarlinin cərrahiyyə əməliyyatı nəticəsində dahiyə çevrilməsi, ondan imtina edən valideynləri, ba...
9,99 AZN
 
Baş
Elçin Azərbaycan ədəbiyyatının canlı klassiki hesab olunur. Bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Romanları, povest və hekayələri, eləcə də elmi monoqrafiya və məqalələri 30-dan çox dilə tərcümə olunub. Pyesləri Nyu-York, London, İstanbul, Moskva, Sankt-Peterburq, Ankara və başqa şəh...
9,99 AZN
 
Möcüzə Uşaq
Roy Yakobsen Skandinaviya ədəbiyyatının canlı klassiki hesab edilir. Bir çox ədəbi mükafatlara layiq görülüb. İyirmidən çox romanın müəllifidir. İncə psixologizmlə yazılmış “Möcüzə uşaq” romanı bir ailə dramıdır. 20-dən çox dilə tərcümə olunub.
Kitab birnəfəsə oxunur və adamı keçən əsrin 60-c...
6,99 AZN
 
 Bir milyon dollarım olsaydı...
Qaraqanın “Bir milyon dollarım olsaydı...” adlı romanı kasıb və namuslu mətbəə işçisi – Kərəmin həyatından bəhs edir. Qazandığı cüzi maaşı həyat yoldaşına və övladlarına xərcləyən qəhrəmanın həyatını təsadüfən tikintidən tapdığı bir milyon dollar necə dəyişir? O, namuslu və dəyişilməyən insan obrazı kimi bu hadisədən sonra başına gələnlərlə mübarizə aparır. Pul hər zaman xoşbəxtlik gətirirmi?..
“Bir milyon dollarım olsaydı...” romanı müasir dövrün müxtəlif ailə-məişət problemlərinə işıq tutur.
5,00 AZN
 
Çərpələng uçuran
Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmlə-kəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?..
9,99 AZN
 
9 Hekayə
“Doqquz hekayə” kitabına daxil olan əsərləri Selincer “New York” jurnalının 1948-1953-cü illərdə çıxan nömrələrində çap etdirmişdi. Lakin bu hekayələrdən bəzilərinin yazılma tarixi müharibə dövrünə gedib çıxır. Mətnşünaslıq təhlili nəticəsində müəyyənləşdirilmişdir ki, gənc Selincerin II Dünya müharibəsi illərində çap etdirdiyi bir sıra hekayalər sonralar “Çovdarlıqda uçurumdan qoruyan” povestinin tərkib hissəsinə  çevrilmişdir. Bütün bunlar Selincer fenomeninin artıq 40-cı illərin birinci yarısında formalaşmağa başladığını ehtimal etməyə əsas verir.

4,99 AZN
 
Yol
“Yol” romanında Nəcib Məhfuz baş qəhrəmanı Sabiri iki yol – iki seçim qarşısında qoyur. Anasının vəfatından sonra Sabir heç vaxt görmədiyi atası zəngin aristokrat Səid Səid ər-Rəhimini axtarmağa başlayır. Həmişə anasının himayəsində rahat həyat yaşamış, heç bir sənəti, bacarığı olmayan Sabir yeganə çıxış yolunu zəngin atasını tapmaqda görür. Əvvəlcə İsgəndəriyyədə, daha sonra Qahirədə davam edən axtarışlar heç bir nəticə vermir. Bu axtarışlar ərzində tale Sabiri iki qadınla qarşılaşdırır. Bu iki qadının timsalında yazıçı qəhrəmanını iki seçim qarşısında qoyur – ya yeni bir həyata başlamaq, ya da cinayətə əl atmaq. Əsər boyu bu iki yol arasında gedib-gələn Sabirin daxili çəkişmələrinin, çəkdiyi iztirablarının, peşmançılığının şahidi oluruq.

“Oğru və itlər” ən yaxınlarının xəyanətinə məruz qalaraq həbsxanaya düşmüş Səid Mehranın intiqam hekayəsidir. O, ədaləti bərpa etməyə və nəyin bahasına olursa olsun, düşmənlərini məhv etməyə qərarlıdır. Onu ələ verən arvadını və yaxın dostu İleyşi, inqilabdan sonra varlanmış ustadı Rauf Əlvanı öldürmək, qızı Sənanı yanına almaq istəyən Səid, keçmişi ilə hesablaşmaq istərkən daha da çıxılmaz vəziyyətə düşür. Adi bir oğru ikən qatilə çevrilən Səid, həm izində polis itləri olan bir cinayətkar, həm də siyasi fikirlərindən saparaq onu aldadan insanların qurbanıdır.

6,99 AZN
 
Veronika ölməyə qərar verir
Veronika monastırda kirayələdiyi otaqda dörd qutu dər-man içərək intihar etmək istəyir.

Bu qərarını o, iki cür əsas-landırır. Birincisi, həyatındakı hər şeyin eyni olması və yaşlılıqdan

qorxması. İkincisi, Veronika qəzet oxuyan, televiziya izləyən bir xanım olduğu üçün,

dünyada baş verənlərdən xəbərdardır. Səhv hesab etdiyi şeylərə mü- da- xilə etmək üçün

gücsüzlüyünü dərk edən Veronika inti- har- dan başqa çıxış yolu görmür. Amma cəhdi

uğursuzluqla nəticələnir, onu rahiblərdən biri xəstəxanaya çatdırır.

İçdiyi dərmanlarla ürəyində problemlərin yaranmasına səbəb olan Veronikaya məlum olur

ki, cəmi bir həftə ömrü qalıb. Onu ruhi-əsəb xəstəxanasına göndərirlər və Veronika burada

Eduarda aşiq olur.

Son günlərini ruhi xəstəxanada keçirmək istəmədiyindən o, Eduardla birgə qaçaraq

şəhərin bahalı bir restoranında yeyib-içir, əylənirlər. Səs-küy saldıqları üçün restorandan

qovulan cütlük şəhərin kənarındakı təpəyə dırmaşırlar. Təpədə hər ikisini yuxu tutur.

Səhər açılanda isə Veronika…
6,99 AZN
 
Sənin məhəllədə itməməyin üçün
Bu roman, ünvan kitabçasını itirmiş bir yazıçı olan Jan Daraqanın hekayətidir. O, kitabçanı tapmış olduğunu söyləyən Gill Ottolini ilə tanış olur. Görüş zamanı, Gill, ünvan kitabçasında adı çəkilən bir şəxsdən söz açır. O, əvvəldən haqqında təhqiqat apardığı bu adam barəsində Jandan məlumat istəyir, lakin yazıçı yadında heç nə qalmadığını söyləyir. Gill və rəfiqəsi Şantal Grippay ona “Dosye”nin fotosurətini verirlər. Onu oxuyarkən, Jan, Anni Astrandın adına rast gəlir. Bu onu, indiyə qədər unutduğu, uzun xatirələr zəncirinə dalmağa sövq edir…
4,99 AZN
 
Malular ailəsi
Fransanın ən məşhur və eyni zamanda məhsuldar yazıçısı kimi tanınan Jorj Simenonun “Malular ailəsi” romanında yeni nəsillə köhnə nəsil arasındakı kəskin, barışmaz ziddiyyət əks etdirilir. Əsərin qəhrəmanı Alen Malu yeni ideallar uğrunda mübarizə aparan Qərb gənclərinin ümumiləşmiş sürətidir.
4,99 AZN
 
Milenaya Məktublar
Kitaba böyük Avstriya yazıçısı, “Qəsr” və “Dəyişilmə” əsərlərinin müəllifi Frans Kafkanın aşiq olduğu çex jurnalisti Milena Yesenskayaya ünvanlanmış məktubları daxil edilib. 1920-ci ilin yazında o, F.Kafkanın nəsrini çex dilinə tərcümə etməyə başlayıb, onların yazışmaları və sevgi macəraları da elə o zamandan başlanğıc götürüb və cəmi bir neçə ay davam edib. Kafkanın tərcümeyi-halını yazan Klod Davidin təbirincə desək, “onların eşqi yazıçının itmiş ümidinə və həyatına qüdrətli şəfəq saçsa da, sonradan heç vaxt olmamış bir boşluq yaradıb”. Kafkanın daimi qorxu hissi və Milenanın ziddiyyətli xarakteri onların xoşbəxtliyini qeyri-mümkün edib ki, dərc olunan məktublarda da bu haqda dönə-dönə bəhs olunur.
5,99 AZN
 

Göstər:
12