Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Səbətim
Sizin səbət boşdur

Azərbaycan dilində kitablar / Qeyri-bədii ədəbiyyat / Din. Məxfilik

Göstər
12

Grid  List 
“Məsnəvi”nin Bütün Hekayətləri
“Məsnəvi” XIII əsrin görkəmli simalarından olan Mövlanə (1207-1273) yaradıcılığının zirvəsi hesab olunur. Altı cild, iyirmi altı min beytdən ibarətdir. Çox istiqamətli və zəngin bir əsərdir. Hədis, kəlam, təsəvvüf, hekayətlərdən ibarətdir.
Mövlana hekayətləri bir-birini tamamlamır və m...
8,99 AZN
 
Emosiyalar
Əsər Oshonun canlı auditoriya qarşısındakı söhbətləri əsasında tərtib edilmişdir. Oshonun bütün söhbətləri kitab halında çap edilmişdir. Bundan başqa onun danışıqlarının səs yazmalarını da əldə etmək mümkündür. Səs yazıları və Oshonun bütün arxivini onlayn Osho Kitabxanasında əldə etmək mümkündür.
4,99 AZN
 
FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR
Bell Hooksun “Feminizm Hər Kəs Üçündür” əsəri media və yayğın kültürdə feminizmlə bağlı ortaya qoyulan yanlış tərifləri hədəf alır. Feminizmi “kişi düşmənliyi” olaraq tanıtmağa, bu fikri toplumlara aşılamağa cəhd edənlərin iddialarının nə qədər əsassız olduğunu vurğulamaq istəyir. O, feminizmin, “cinsi ayrı seçkiliyə, cinsiyyətçi istismar və basqıya son verdirməyə çalışan bir hərəkat” olduğunu xatırladır. Bell Hooks bütün insanları cinsi ayrı seçkiliklə mübarizəyə dəvət edir. O, feminizmi irq, sinif və etnik kontekstdə yenidən incələməyi təklif edir.
5,99 AZN
 
Muhəmməd
Kitabda İslam Peyğəmbərinin həyatı və mücadiləsi avropalı araşdırmaçı-yazar tərəfindən incə­lənmişdir. Hz. Muhəmmədin peyğəmbərlik öncəsi və sonrası həyatı haqqında diqqətçəkici bilgilər əsərdə yer almaqdadır. Yazar İslam tarixçilərinin yazdığı qaynaqlara dayanaraq daha modern bir yöntəmlə Peyğəmbərin mücadiləsini və İslami ədalət yolundakı fəaliyyətlərini aydınlatmağa çalışmışdır. İslamşünaslıq və peyğəmbərşünaslıq baxımından bu kitab oxuculara çox önəmli bilgilər verməkdədir.
6,99 AZN
 
Görüntülər
“Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır. İbn Sina bu kitabda ariflərə nisbət verilən uzun müddət ac-susuz qalmaq, qeybdən xəbər vermək, ətraf əşyalarda təsərrüf etmək kimi qeyri-adi xüsusiyyətləri elmi və əqli dəlillərlə isbat edir. Mövzu ilə əlaqədar maraqlı faktları ortaya qoyur. Bununla da ariflərə nisbət verilən bütün bu işlərin xurafat olmadığını bildirmək istəyir.
4,90 AZN
 
İlk kitab
Bizim onlayn platformamız Azərbaycan üzrə bütün otellərin, spa mərkəzlərinin, avtomobil icarələrinin onlayn rezervasiyası ilə məşğul olur.

Biz öz PR fəaliyyətimiz üçün sizinlə əməkdaşlıq qurmaq, və şirkətimizi tanıtmaq istəyirik.

"Kitab aralıqları" çap edib, onu sizin mağazalarınızda paylanmasını istəyirik. Belə ki, kitab aralığı sizin kitablarınızın arasında yer alacaqdır. Müştərilər kitab aldığı zaman avtomatik bu kitab aralıqları onlara hədiyyə olunur.

Bununla əlaqəli zəhmət olmasa bizə şərtlərinizi yazardınız.  
5,00 AZN
 
Çətin olsa da, HƏYAT davam edir
Çətinliksiz həyatı təsəvvür etmək mümkün deyildir. Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və xəyallarını tamamilə yuyub aparır. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Qarşınızda olan bu kitab hər mövzusunda bu cür həyati istiqamətlərlə doludur. Bu kitab çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsidir. Həyat mümkündür ki, çətindir, lakin çətin olsa da, bilmək lazımdır ki, o davam edir.
7,00 AZN
 
Həyatın imzası
“Həyatın imzası” kitabı eramızdan əvvəl qədim yazılarda və ən qədim düşüncə məktəblərində mövcud olan “Həyatın ümumiliyi” adlı irfani bir nəzəriyyədən bəhs edir. Bu nəzəriyyə yaradılışla bağlı ən gizli sirləri kəşf etmək istəyir. “Həyatın ümumiliyi” çox maraqlı və əsrarəngiz məsələlərlə bağlıdır. Belə ki, bu nəzəriyyə insanın ətrafındakılara, təbiət aləminə və kainata olan baxışını tamamilə dəyişir. Adından da göründüyü kimi irfani olduğuna görə bu nəzəriyyə ilə daha çox ariflərin sözlərində və irfani təlimlər barədə yazılmış kitablarda rastlaşırıq.

4,20 AZN
 
Dəvət və Çəkindirmək
... Yaxşı işlərə dəvət etməkdə səhlənkarçılıq edən və günahkarların etdiklərinin müqabilində etinasız olan susqun insanlar dirilər arasında gəzən ölülərdirlər. Müasir həyatımızda bu əməlin həddindən artıq  mühümlüyünə baxmayaraq, günümüzün insanının bəlkə də ən çox etinasız olduğu xüsus da məhz budur. İnsanlıq qarşısındakı vəzifələrini bilməyən, insanlara qarşı etinasız olan cəmiyyətdə əxlaqi problemlərin olması mütləqdir. Onu da unutmayaq ki, insanın bu iki əməl qarşısında nümayiş etdirdiyi davranış bir bumeranq kimi sonradan bu və ya digər formada onun özünə qayıdacaqdır. Gələcəyimizi fərqli görmək istəyiriksə, mütləqdir ki, bu günümüzə biganə qalmamalı və insanları yaxşı işlərə dəvət etməkdə bacardığımız qədər aktiv olmalıyıq. Cəmiyyətimizin korlanması yanlış işlərin və bu işlər qarşısında insanların etinasızlıqlarının nəticəsidir. Daha dəqiq desək, pis cəmiyyət günlük səhvlərin və yaxşı işlərə dəvət etməməyimizin təkrarlanan ardıcıllığı və cəmidir. Ona görə də cəmiyyətdə mövcud olan hər hansı pis bir əməl üçün, ilk növbədə özümüzü qınamalıyıq.
4,90 AZN
 
Ariflərin irfani məqamı
"Ariflərin irfani məqamı" kitabı İbn Sinanın “İşarat və tənbihat” ad¬¬lı əsə¬¬¬ri¬nin IX bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. “İşa¬¬rat və tən¬bi¬hat” İbn Si¬¬nanın yazdığı mühüm və şah əsərlərindən he¬sab edi¬lir. Bu kitab mən¬tiq və fəl¬sə¬fə olaraq iki hissədən təşkil olun¬muş¬dur. O, bu kitabın son üç fəslini ir¬¬¬fana aid et¬miş¬¬dir. Bu üç fəsil o qə¬dər dərin ir¬¬fani fi¬kirlərə şamildir ki, ondan bö¬¬¬yük alimlər bəh¬¬rələnmiş və üs¬tün¬lü¬yü¬¬nü bə¬yan etmişlər. Bu üç irfani fəsillər ara¬¬¬sında da arif¬lə¬rin irfani məqamları barədə olan IX fə¬sil özü¬nəməx¬¬sus yer tu¬tur. İbn Sina “Arif¬lə¬rin irfani məqamları” fəs¬¬lində arif¬lərin mə¬¬¬nəvi yük¬sə¬liş¬ləri za¬manı keçdikləri irfani mər¬¬təbələri izah et¬miş, arif¬lə¬¬rin bun¬la¬rı keçə bil¬mələri üçün etdiyi əməllərdən ümu¬mi ola¬raq da¬nış¬mış¬¬dır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

4,90 AZN
 
Mərifət
Bu kitab Mərifətşünaslıq (epistemologiya) mövzusunda, onun Quran ayələrində yeri, keçmişdə yaşamış bəzi ümmətlərin mərifətşünaslıq sahəsində buraxdıqları xətalar barədə qələmə alınmışdır. Mərifətşünaslıq elminin əsasları barədə bəhs qədim zamanlardan mütəfəkkirlər arasında mövcud olmasına baxmayaraq, bir elm kimi formalaşması bizim əsrimizə təsadüf edir. Mərifətşünaslıq insan düşüncəsinə əsaslı surətdə təsir edərək onun ideologiyasını nizama salıb yanlışlıqlardan qoruyan mühüm bir elm sahəsidir. Hər bir mütəfəkkir ideoloji əsaslarını qurmamışdan əvvəl mərifətşünaslıq barədə araşdırma aparmalıdır. Əks təqdirdə xətaya düşməsi qaçınılmazdır.
5,00 AZN
 
Peyğəmbər
3,99 AZN
 

Göstər:
12