Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Səbətim
Sizin səbət boşdur

Azərbaycan dilində kitablar / Bədii ədəbiyyat / Azərbaycan və dünya klassikası

Göstər
12

Grid  List 
Dorian Qreyin Portreti
“Dorian Qreyin portreti” – Oskar Uayldın ən qalmaqallı və uğurlu əsəri… Onun öz dili ilə desək, “Bir ruhun hekayəsi”!



Bu əsərin nəşr olunmasından 120 ilə yaxın bir vaxt keçsə də, hələ də oxucuları və rejissorları özünə cəlb edir. “Dorian Qreyin portreti” əsasında otuza qədər film çəkilib. Daim gözəl qalmaq üçün öz ruhunu şeytana satan bir gəncin faciəvi taleyindən bəhs edən əsər ingilis ədəbiyyatının şedevri sayılır. Əsər aforizmlərlə və fəlsəfi fikirlərlə zəngindir.



Dorian Qrey yaşca özündən böyük olan dostu lord Henrinin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişilməz qalır, ruhu isə çürüyür. Onun bütün daxili eybəcərlikləri, şöhrətpərəstliyi, cinayətləri, satqınlığı, təkəbbürü rəssam Bezilin çəkdiyi portretinə hopur. Dorian gənc aktrisa Sibil Veynə vurulur, amma bir az sonra ondan üz döndərir. Buna dözməyən qız zəhər içərək intihar edir.



Öz mənəviyyatının güzgüsü olan bu portreti çəkdiyinə görə Bezilə nifrət edən Dorian Qrey bir gün onu qətlə yetirir və bir tanışının köməyilə cəsəddən qurtulur. Üstü bəzək, altı təzək olan kübar həyatın simvoluna çevrilən və hər cür həzzin dadına baxan, lakin xoşbəxt olmayan Dorian Qrey bu həyatın bayağılığından, mənasızlığından bezir…
6,99 AZN
 
Cek Reymond
Voyniçin ikinci (və əfsanəvi “Ovod”dan sonra ən tanınmış) romanı. O, bu romanda zahirən Viktoriya dövrünün axırlarına xas klassik nəsr janrına meyil edərək onun bir sıra aspektlərindən istifadə edir. Ancaq əslində “Cek Reymond” daha çox Viktoriya dövrünün əleyhinə olan bir kitabdır. Voyniçin...
6,99 AZN
 
Maliyyəçi
Frenk Kaupervud birja dəllalıdır. O, birjada Filadelfiya şəhər bələdiyyəsinin vasitəçisi olaraq müxtəlif maliyyə

əməliyyatları aparır, əlindəki külli miqdarda vəsaitdən istifadə edərək, paralel olaraq öz biznesini də qurur və xeyli

varlanır. Ancaq Frenk bu işdə tək deyil. O...
14,99 AZN
 
Tikanlıqda Şərqi Deyənlər
Bir quş haqda əfsanədə deyilir… Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o öz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikan...
13,99 AZN
 
Doktor Jivaqo
Hələ sağlığında XX əsr dünya ədəbiyyatının ən yaxşı şair­lərindən biri hesab edilən Boris Pasternak ona dünya şöhrəti və Nobel mükafatı gətirən “Doktor Jivaqo” romanıyla həm də mahir bir nəsr ustası kimi tanındı. XX əsrin birinci yarısında, Rusiya tarixinin kəskin ziddiyyətlər və təlatümlərlə dolu b...
14,99 AZN
 
Yoxsul insanlar
Fyodor  Dostoyevskinin “Yoxsul insanlar” kitabında “Yoxsul insanlar”  romanı, “Oxşar”, “Zəif ürək”, “Ev sahibəsi” povestləri, “Cənab Proxarçin” hekayəsi yer almışdır.

«Yoxsul insanlar» romanı kiçik məmurun qəlb dünyası haqqında əsərdir. Əsərin əsas hadisəsi Makar Dev...
11,99 AZN
 
Diplomat
Tərəqqipərvər ingilis yazıçısı Ceyms Oldric nəinki gözəl bədii əsərlərin müəllifi, həm də sülhün və xalqlar təhlükəsizliyinin fəal mübarizi kimi şöhrət qazanıb.

Oldric İkinci Dünya müharibəsi zamanı bir sıra ingilis və Amerika qəzet­lərinin hərbi müxbiri sifəti ilə dünyanın bir çox ölkə...
11,99 AZN
 
Yeniyetmə
“…Biz artıq çöl qapısına çatmışdıq, mənsə elə hey onun ardınca gedirdim. O, qapını açdı; ani olaraq içəri dolan külək şamımı sön­dürdü. Bu vaxt birdən onun əlindən yapışdım; lap qaranlıq idi. O diksindi, amma susurdu. Əlinə sarı əyildim, qəfildən əlini həris­liklə öp­məyə başladım, bir neçə dəfə, ço...
9,00 AZN
 
Əcəl zəngi
Əsərin qəhrəmanları Robert Cordan və Mariya arasındakı təmiz, ülvi məhəbbət hissləri parlaq boyalarla əks etdirilmişdir. Böyük rus yazıçısı Konstantin Simonov “Cordan və Mariyanın faciəli məhəbbətinə həsr olunmuş səhifələri E.Heminqueyin bütün yaradıcılığında ən güclü, ən yüksək, ən saf və təmiz səh...
9,99 AZN
 
Martin İden
Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əziş­dirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə na­ha­ra çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailə­sinin üzvüdü.
6,99 AZN
 
Səfillər
Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən gör- kəmli sima- la-
rın- dan sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə

bə-şər bədii fikri tarixini zənginləşdirmişdir. XIX əsrin bu korifey sənətkarının ya-
radıcılığı ümumbəşər mənə...
14,99 AZN
 
Hökmdar
“Hökmdar” – İntibah dövrünün florensiyalı dövlət xadimi Nikolo Makiavellinin ən mühüm və ən mübahisəli əsəridir. Bu əsər işıq üzü gördükdən sonra siyasətdə ikiüzlülüyü, həyasızlığı, özbaşınalığı bildirən “makiavelizm” termini meydana çıxdı. Uzun illər bu kitab “zəhər və xəncər” siyasətinin əsası kim...
5,99 AZN
 

Göstər:
12