Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Səbətim
Sizin səbət boşdur

Endirimlər / 1 manata kitablar

Göstər
12

Grid  List 
Boyama Kəpənəklər
1,70 AZN
1,00 AZN
 
Boyama Güllər
1,70 AZN
1,00 AZN
 
Boyama Quşlar
1,70 AZN
1,00 AZN
 
Təpəgöz
1,80 AZN
1,00 AZN
 
Cırtdan
1,00 AZN
 
Boyama Cırtdan
1,80 AZN
1,00 AZN
 
İngilis bulvarı
Bu romanında macəra dalınca Nitsaya birhəftəlik istirahətə yollanan moskvalı vəkilin Kseniya Morcikovanın başına gələn qeyri-adi hadisələr öz əksini tapmışdır. Az qala möcüzə nəticəsində bir neçə dəfə ölümün pəncəsindən yaxa qurtarmağa müvəffəq olan gənc hüquqşünas qadın özü də bilmədən son dərəcə müəmmalı şəkildə baş vermiş qətllərin şahidinə çevrilməklə yanaşı, bu dolaşıq hadisələrin açılmasında, qatillərin ifşasında da bilavasitə iştirakçı və yardımçı olur.
5,00 AZN
1,00 AZN
 
Xəzinadar
Hörmətli insan, cəbhəçi, bədbəxt hadisə nəti­cə­sin­də həlak olan atasının ölümündən sonra maliyyəçi Ana­toli Qudniçenko bir sıra qəribə hadisələrin şahidi olur. Əvvəlcə irsən ona qalmış bağ evlərində naməlum adam­­lar peyda olur, hər şeyin altını üstünə çevirir, ata­sının maşınını eybəcər hala salırlar. Sonra kimlərsə Anatolinin anasını oğurlayaraq əvəzində heç nə aydın­laş­dırmadan, nəsə çox qiymətli bir şey tələb edirlər. Son­ra qəfildən girovu azad edirlər… Bütün bu hadisə­ləri təhlil edərkən Qudniçenko birdən atasının ölü­mün­dən az əvvəl verdiyi başqa bir bağ evinin açarını xatır­layır. Bütün evi ələk-vələk edən Anatoli on milyonlarla dol­larların saxlandığı xəzinə tapır. Həmin dəqiqədən də onun həyatı tam dəyişir – tapılmış pullar Qudniçen­ko­nun taleyini tanınmaz dərəcədə eybəcərləşdirir.
3,90 AZN
1,00 AZN
 
Prezident Ovu
Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti «X günü» adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harda yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun haçan və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur.

Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşkilatın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk baxışda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni məharətlə yerinə yetirir. O, narkomafiya şəbəkəsinin maliyyə dəstəyi hesabına Çilinin ucqarında «Şeytan legionu» adı altında fəaliyyət göstərən terror düşərgəsinin mövcud­lu­ğunu üzə çıxarır və Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında dünyanın superdövlətlərinin – ABŞ-ın və SSRİ-nin – bir neçə başçısına qarşı hazırlanmış sui-qəsdin qarşısını almağa müvəffəq olur.

Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə çatan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında – Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar. Buna görə də müxtəlif adlar altında çalışmağa məcbur qalan Dronqo bir neçə dəfə ölüm təhlükəsindən möcüzə nəticəsində xilas olur.

Amma xilas olurmu?

Aksiyanın qarşısı alınır, terrorçuların «X günü» planı ifşa olunur və qatillər hamısı məhv edilir. Sanki hər şey başa çatmış kimidir. Elə bu zaman BMT Katibliyinin binası qarşısındaca naməlum qadın Dronqoya üç atəş açır. Dronqo ölümcül vəziyyətdə xəstəxanaya çatdırılır. Amma ölümdən xilas ola bilirmi?

Müəllif sualın cavabını qəsdən gizli saxlayır və bu müəmma əslində əsərin daha da maraqla oxunmasına xidmət edir.
3,90 AZN
1,00 AZN
 
Yekun Diaqnoz
Rusiyanın ən məşhur alim və siyasətçilərindən birinin ölümü ən azı yöndəmsiz görünürdü. Əslində, kristal kimi təmiz şərəfinə görə əfsanəyə çevrilmiş bir adamı kim güllələyə bilərdi? Bundan başqa, qatil, Moskva ətrafının ən elit və ən yaxşı mühafizə olunan qəsəbəsinə gözə görünmədən necə girə bilərdi? Bunun ardınca isə yeni – birinci qurbanın bağ qonşusunun ondan heç də az qəribə olmayan qətlindən sonra rəsmi təhqiqat dalana dirənir. Beləcə, agent Dronqonun karyerası boyunca ən çətin işlərindən biri başlayır. O iş ki, orda suallar getdikcə artır, cavablar isə yoxdur ki, yoxdur…
3,90 AZN
1,00 AZN
 
Andorra sevməli və ölməli yerdir
Dünyanın səkkiz ölkəsindən - Amerika,Rusiya,Fransa,Almaniya,Çin,İsrail,İran və İngiltərə kəşviyyatının peşəkar agentləri çox mühüm bir tapşırıq əsasında balaca ...
4,00 AZN
1,00 AZN
 
Baki bulvarı
Fəridə Vəliyeva artıq bir neçə ildir ki, ‘Britiş Petroleum’ kompaniyasının Bakı filialının mətbuat xidmətinin rəhbəridir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşqun bir gecə keçirirlər. Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyinbahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün onların arxasmda kim dayanıb…
3,90 AZN
1,00 AZN
 

Göstər:
12