Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Səbətim
Sizin səbət boşdur

Maliyyəçi

Kod 26757
Janr: Классика/Klassika
ISBN: 9789952362671
Müəllif: Teodor Drayzer
Nəşriyyat: Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild: yumşaq
Çəki, g:  500
məhsul mövcudluğu:  bəli
14,99 AZN  %15   12,74 AZN
(səslərin sayına: 1, reytinqlər: 5)
     
Diqqət - 20 manatlıq sirafişlər Bakı daxilində pulsuz çatdırılır!

Nəcə bu malı almaq olar? Ətraflı məlumat

Necə ödəniş etmək olar? Ətraflı məlumat

Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq.

Bölgələrə poçt vasitəsi ilə çatdırılmanın qiyməti 2 manatdır (1 kilo üçün). Çatdırılma müddəti maksimum 5 iş günü ərzindədir.


Frenk Kaupervud birja dəllalıdır. O, birjada Filadelfiya şəhər bələdiyyəsinin vasitəçisi olaraq müxtəlif maliyyə

əməliyyatları aparır, əlindəki külli miqdarda vəsaitdən istifadə edərək, paralel olaraq öz biznesini də qurur və xeyli

varlanır. Ancaq Frenk bu işdə tək deyil. O, Respublikaçılar Partiyası şəhər təşkilatı rəhbərlərinin şəhər xəzinədarı

vəzifəsinə oturtduqları Corc Stinerlə əlbirdir. Bacarıqsız və istedadsız, vəzifəyə ancaq qorxaq və itaətkar olduğuna

görə təyin olunan Stiner diribaş və çevik, birja və maliyyə məsələlərindən son dərəcə yaxşı anlayan Kaupervudun

sayəsində əməlli-başlı varlanır.

Ancaq qonşu Çikaqoda qəflətən baş verən fəlakət – irimiqyaslı yanğın hər şeyi bir anda alt-üst edir. Birjada qalxan

panika Kaupervudu müflis edir və nəticədə şəhər xəzinədarı ilə aralarındakı gizli maliyyə fırıldaqları üzə çıxır, hər iki

şəxs məhkəmənin qərarı ilə həbs olunur.

Lakin onların həbsinin əsas səbəbi bələdiyyə xəzinəsindən götürülən vəsaitin israf olunması deyil. Çünki bu

presedent əvvəllər də olub. Məsələ burasındadır ki, Kaupervud evli olduğu halda, partiya boslarından birinin –

Batlerin qızıyla eşq macərası yaşayır və bundan xəbər tutan ata, nəyin bahasına olursa olsun, qızının namusunu

ləkələyən adamdan qisas almaq istəyir.

Geri bölməsində