Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Səbətim
Sizin səbət boşdur

Hobbit və ya oraya və geriyə

Yalnız Azərbaycan daxilində çatdırılır
Kod 668682
Janr: Фантастика/Fantastika
ISBN: 9789952364613
Müəllif: J.R.R. Tolkien
Nəşriyyat: Qanun nəşriyyatı
Cild: yumşaq
Çəki, g:  500
məhsul mövcudluğu:  bəli
9,99 AZN
(səslərin sayına: 2, reytinqlər: 3.5)
     
Diqqət - 20 manatlıq sirafişlər Bakı daxilində pulsuz çatdırılır!

Nəcə bu malı almaq olar? Ətraflı məlumat

Necə ödəniş etmək olar? Ətraflı məlumat

Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq.

Bölgələrə poçt vasitəsi ilə çatdırılmanın qiyməti 2 manatdır (1 kilo üçün). Çatdırılma müddəti maksimum 5 iş günü ərzindədir.


“Yerin altında, öz yuvasında bir hobbit yaşayırdı...”
Bu sözləri C.R.R.Tolkin isti yay günü yoxladığı məktəbli imtahan işinin arxasına yazmışdı. Heç kimin ağlına gəlməzdi ki, məhz bu cümlədən sehrli toxum kimi dünya ədəbiyyatında ən tanınmış sənət əsəri yaranacaq və müəllifini “yüksək fentezi” kimi tanınmış janrın klassikinə çevirəcək. Yeri gəlmişkən, bu janrın digər klassiki “Narniya salnaməsi”nin müəllifi K.S.Luis onun yaxın dostu olmuşdur.
XX əsrin ən məşhur “ədəbi nağılı” adlandırılan “Hobbit və ya oraya və geriyə” əsəri Tolkinin uşaqları üçün qoşduğu nağıldan yaranıb. Təsadüf nəticəsində nəşr olunan bu əsər oxucular tərəfindən elə rəğbətlə qarşılanıb ki, kitabın naşiri bu əhvalatın ardını yazmağı təkidlə xahiş edib.
Əsərin ilk sətirlərindən müdrik sehrbaz Həndalf (o hər dəfə lazım olanda peyda olur) Bilbo Begginsi cırtdanlarla Tənha Dağa səyahətə cəlb edir. Abad, səliqəli və rahat yuvasında yaşamağa öyrəşmiş Hobbitə ömrü boyu sərgərdan həyatı yaşayan cırtdanların kompaniyası ilə ayaqlaşmaq çətin olur. Lakin onun daxilində, bu günədək heç özünə məlum olmayan, gizli macəra ruhu bütün məhrumiyyətlərə yeni dostlarının xətrinə qatlaşmağa kömək edir. Təhlükəli macəralar, müəllif fantaziyasının məhsulu olan digər irqlərlə mürəkkəb münasibətlər, çıxılmaz vəziyyətlər əsəri həqiqətən cəlbedici edir, ondan ayrılmaq mümkün olmur. Amma qaranlıq buludlar arasında belə işıq yeri var. Elə burda da dostlar həmişə köməyə gəlir, əfsus ki, faciəsiz ötüşmək olmur.
Əsər oxucunu həyata və özünə yeni nəzərlə baxmağa çağırır. Bəlkə sən, elə əsərin qəhrəmanı kimi, haradasa özünü lazımınca dəyərləndirməyibsən.
Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Geri bölməsində