Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Səbətim
Sizin səbət boşdur

Dorian Qreyin Portreti

Kod 102134
Janr: Классика/Klassika
ISBN: 9789952363012
Müəllif: Oskar Uayld
Nəşriyyat: Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild: yumşaq
Çəki, g:  450
məhsul mövcudluğu:  bəli
6,99 AZN
(səslərin sayına: 3, reytinqlər: 4.33)
     
Diqqət - 20 manatlıq sirafişlər Bakı daxilində pulsuz çatdırılır!

Nəcə bu malı almaq olar? Ətraflı məlumat

Necə ödəniş etmək olar? Ətraflı məlumat

Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq.

Bölgələrə poçt vasitəsi ilə çatdırılmanın qiyməti 2 manatdır (1 kilo üçün). Çatdırılma müddəti maksimum 5 iş günü ərzindədir.


“Dorian Qreyin portreti” – Oskar Uayldın ən qalmaqallı və uğurlu əsəri… Onun öz dili ilə desək, “Bir ruhun hekayəsi”!



Bu əsərin nəşr olunmasından 120 ilə yaxın bir vaxt keçsə də, hələ də oxucuları və rejissorları özünə cəlb edir. “Dorian Qreyin portreti” əsasında otuza qədər film çəkilib. Daim gözəl qalmaq üçün öz ruhunu şeytana satan bir gəncin faciəvi taleyindən bəhs edən əsər ingilis ədəbiyyatının şedevri sayılır. Əsər aforizmlərlə və fəlsəfi fikirlərlə zəngindir.



Dorian Qrey yaşca özündən böyük olan dostu lord Henrinin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişilməz qalır, ruhu isə çürüyür. Onun bütün daxili eybəcərlikləri, şöhrətpərəstliyi, cinayətləri, satqınlığı, təkəbbürü rəssam Bezilin çəkdiyi portretinə hopur. Dorian gənc aktrisa Sibil Veynə vurulur, amma bir az sonra ondan üz döndərir. Buna dözməyən qız zəhər içərək intihar edir.



Öz mənəviyyatının güzgüsü olan bu portreti çəkdiyinə görə Bezilə nifrət edən Dorian Qrey bir gün onu qətlə yetirir və bir tanışının köməyilə cəsəddən qurtulur. Üstü bəzək, altı təzək olan kübar həyatın simvoluna çevrilən və hər cür həzzin dadına baxan, lakin xoşbəxt olmayan Dorian Qrey bu həyatın bayağılığından, mənasızlığından bezir…

Geri bölməsində