Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Səbətim
Sizin səbət boşdur

Azərbaycan dilində kitablar / Bədii ədəbiyyat / Müasir klassika

Göstər
12

Grid  List 
Oxşar
Sakit təbiətli, ürəyiyuxa, cılız iddialarla yaşayan bir Peterburq məmuru. Ətrafındakı adamların əksərini yaramaz, aravuran və fitnəkar, özünü isə qüsursuz sayan məxluq. Şəxsi təbiriylə, öz yolu olan adamcığaz...
Həyatında bircə dəfə bağışlanmaz səhv edən Yakov Petroviç Qolyadkin burada utanaca...
5,99 AZN
 
Xəz paltolu madonna
İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının kö-mə-yi ilə bankda işə düzəlir. Orada

məzlum, talesiz bir qoca – hə-ya-tı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Sonralar

ömrü-nün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini

vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gün-dəlik güzgü tutur.

Gənc yaşlarında Raif əfəndi atasının sənətini davam et-dir-mək üçün Berlinə yollanır.

Burada incəsənətə olan marağı onu rəsm qalereyasına getməyə həvəsləndirir. Qalereyadadakı

tablolardan birinə heyranlıqla tamaşa edən Raif tez-tez bura gəlib “Xəz paltolu qadın”ın

portreti qarşısında seyrə dalır. Rəsmin müəllifi Mariya Puder adlı bir xanımdır və o, bir gün

bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portretin sahibi

olduğunu öyrənəndə isə Raifin həyatı bir daha geri dönüşü olmayacaq şəkildə dəyişir.



5,99 AZN
 
Kimyagər
“Kimyagər” – Braziliya yazıçısı Paulo Кoeлhonun ən məşhur əsərlərindən biridir. О, dünyada milyonlarla insanın sevimli kitabıdır.Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorx murlar, onlar üçün hər şey  əlçatandır. Lakin zaman keçir,  sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər."İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır..." – bunu Кoelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.
6,99 AZN
 
9 Hekayə
“Doqquz hekayə” kitabına daxil olan əsərləri Selincer “New York” jurnalının 1948-1953-cü illərdə çıxan nömrələrində çap etdirmişdi. Lakin bu hekayələrdən bəzilərinin yazılma tarixi müharibə dövrünə gedib çıxır. Mətnşünaslıq təhlili nəticəsində müəyyənləşdirilmişdir ki, gənc Selincerin II Dünya müharibəsi illərində çap etdirdiyi bir sıra hekayalər sonralar “Çovdarlıqda uçurumdan qoruyan” povestinin tərkib hissəsinə  çevrilmişdir. Bütün bunlar Selincer fenomeninin artıq 40-cı illərin birinci yarısında formalaşmağa başladığını ehtimal etməyə əsas verir.

4,99 AZN
 
Gün Var Əsrə Bərabər
Ç.Aytmatovun “Gün var əsrə bərabər” romanının baş qəhrəmanı Yedigey vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir.
9,99 AZN
 
Lautenzak Qardaşları
Məşhur alman yazıçısı Lion Feyxtvangerin «Lautenzak qardaşları» romanındakı hadisələr 1931-1933-cü illərdə, Almaniyada faşizmin hakimiyyətə gəldiyi vaxtda Münhendə və Berlində cərəyan edir.
Roman faşizmin mahiyyətini ustalıqla açıb göstərir, həmin dövrdə Almaniyada hökm sürən ictimai-siyasi, psixoloji ab-havanı realist boyalarla təsvir edir.
Kitaba Lion Feyxtvangerin “Neyrofizioloq doktor Bl-ın taleyi”, “Sədaqət”, “Yalançı Bibi”, “Mərc”, “Xidmətçi Antonio”, “Volştayn” adlı hekayələri də daxil edilib.
9,99 AZN
 
Ay Və Tonqallar
Çezare Pavezenin son əsəri və ən yaxşı romanı sayılan, 1950-ci ildə Milli Streqa Mükafatına layiq görülən “Ay və tonqallar” sol təfəkkürlü yazıçının könüllü sağollaşdığı həyatına nisgilli baxışdır. Bu kitab sərgərdan vətəninə, doğma dağlarına, meşələrinə, üzümlüklərinə, ən ülvi cavanlıq xatirələrinə qayıdışıyla bərabər, müharibənin insan talelərinə vurduğu zərbənin bariz nümunəsidir.
6,99 AZN
 
Atama Mektub
Atama məktub Frans Kafka tərəfindən 1919-cu ildə atasına yazılmış, ancaq göndərilməmiş məktubdur. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır.
1919-cu ilin yanvarında Kafka Şlesendəki kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu, Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi götərilir.
Yüz səhifəlik əlyazmasından ibarət bu məktubda Kafka atası ilə konflikti çözməyə çalışır. Bu münasibətdəki problemləri o, atası ilə mənəvi cəhətdən uyğunsuzluqla əlaqələndirir. Məktubun sonunda o ümid edir ki, bundan sonra onların hər ikisi də müəyyən qədər sakitləşəcək, yaşamaq və ölüm asanlaşacaqdır.
5,99 AZN
 
Pan
Yunan əsatirinə görə, Pan meşə, tarla və mal-qara tanrısı Hermesin oğludur. Panın barıtqabının üzərindəki kiçik fiquru ovçu Qlanın onun təsiri altında olduğuna işa­rə­dir. Qlan, demək olar ki, qadınlar üzərində sonsuz haki­miy­yə­tə malik olmasıyla Pana bənzəyir. Buna baxmayaraq, bu bənzəyişin onun xarakterindəki əsas xüsusiyyətə dəxli yox­­dur. Qlan öz arzu və istəklərini hər şeydən üstün tutan müa­sir «əsəbi insan»dır. Cəmiyyətdəki ruhsuzluq onu tən­ha qalaraq öz «mən»inin sirlərini çözə biləcəyi meşəyə sı­ğın­mağa məcbur edir. İnsanlardan uzaqlaşan qəh­rə­man öz azadlığına qovuşur.
4,99 AZN
 
Viktoriya
Romanın süjetini faciəvi məhəbbət mövzusu təşkil edir. Əsərdə yalnız dəlicəsinə sevənlərin labüd məhvə məhkum olması deyil, onların qarşısında keçilməsi çətin sədlər qoyan silki bərabərsizlik motivi də səslənir. «Viktoriya»da məhəbbət dramının sosial səbəbləri yeni məzmunda canlanır.
4,55 AZN
 
Nağıllar diyarında
1899-cu ilin payızında Hamsun Rusiyaya və Qafqaza səfər etmiş, Peterburqu, Moskvanı, daha sonra Vladiqafqazı, Tiflisi, Batumu, Bakını gəzmişdir. 1903-cü ildə səfər təəssüratlarından bəhs edən «Nağıllar diyarında» adlı yol qeydlərini qələmə alan yazıçı bu ölkələr və şəhərlərlə bağlı müəyyən məqamlara toxunmuş, regionumuzda yaşayan xalqlar, xüsusən də ermənilər haqqında olduqca maraqlı fikirlər ­söyləmişdir.
5,49 AZN
 
Ölümsüzlük
Milan Kundera – XX-XXI əsrlərin kəsişməsindəki ən maraqlı və çox oxunan nasirlərdən biridir. «Ölümsüzlük» onun ən çox düşünülmüş və eyni zamanda da intellektual nəsrin bestsellerinə çevrilmiş ən sirli romanıdır. O, oxucuları üslub rəngarəngliyi, hisslərin mürəkkəbliyi və qəhrəmanların düşüncələri ilə ovsunlayır.  
Dahi Höte Heminqueylə söhbət edir. Bettina fon Arnim dahi Höteyə olan qeyri-adi hissləriylə əbədilik axtarır, iyirmi il xoşbəxt ailə həyatı yaşayan Anyes ölümdən sonra tək qalmağı arzuladığını başa düşür, üzgüçülük paltarında olan yaşlı xanım isə gənc və gözəl qadın ədasıyla yüngülcə jest edir – bütün bunları zaman və məkan boşluğu  arxasından müəllif diqqətlə izləyir. Sanki onun əlində sehrli şüşə var, dairə boyunca qaçaraq zərif hərəkətlərlə və kobud düşüncələrlə, işlə, qayğılarla, özgələşdirilmiş sevgi və hisslərin illüziyası ilə bu şüşənin arxasındakı insan qəlbinin bir və əsas hissəsini – ölümsüzlüyü işıqlandırır.

8,99 AZN
 

Göstər:
12